Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Heç düşünmüsünüzmü, ana südü necə dadır?
Kəmşirindir, ananın yediyi qidalara görə bəzən dadını və rəngini dəyişə bilir, amma normalda azacıq şirindir.
Çox maraqlıdır ki, körpənin oğlan və ya qız olmasından asılı olaraq ana südünün tərkibi dəyişə bilir.
Yaradan eyni anda həm qız, həm oğul övladı - əkiz dünyaya gətirən qadınlara elə bir qedrət verib ki, uşağın cinsinə görə beyin südün tərkibini dəyişə bilir.
Yəni ananın bir süd vəzisindən oğlan uşağı, bir süd vəzisindən qız uşağı əmərsə orqanizm hər uşağa görə ayrı tərkibdə süd istehsal edir.
Ana südünün körpənin inkişafına görə öz-özünü tənzimləməsi ilə bağlı, yəni südün şüurlu şəkildə tərkibini dəyişə bilməsi haqqında çox araşdırmalar aparılır.
Ana südü o qədər mükəmməl tərkibə malikdir ki, insan ömrünün heç bir dövründə heç bir qida tək qida mənbəyi ola bilməz, yalnız ana südündən başqa.
Gündüz və gecə ana südü öz tərkibini dəyişdirir, gecələr körpənin daha rahat həzm edə bilməsi üçün daha yüngül tərkibdə süd ifraz edilir, gündüzlər isə daha zəngin olur.