Icma.az
close
up
RU
Ana südü möcüzəsi: sən demə...

Ana südü möcüzəsi: sən demə...

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Heç düşünmüsünüzmü, ana südü necə dadır? Kəmşirindir, ananın yediyi qidalara görə bəzən dadını və rəngini dəyişə bilir, amma normalda azacıq şirindir. Çox maraqlıdır ki, körpənin oğlan və ya qız olmasından asılı olaraq ana südünün tərkibi dəyişə bilir. Yaradan eyni anda həm qız, həm oğul övladı - əkiz dünyaya gətirən qadınlara elə bir qedrət verib ki, uşağın cinsinə görə beyin südün tərkibini dəyişə bilir. Yəni ananın bir süd vəzisindən oğlan uşağı, bir süd vəzisindən qız uşağı əmərsə orqanizm hər uşağa görə ayrı tərkibdə süd istehsal edir.

Ana südünün körpənin inkişafına görə öz-özünü tənzimləməsi ilə bağlı, yəni südün şüurlu şəkildə tərkibini dəyişə bilməsi haqqında çox araşdırmalar aparılır. Ana südü o qədər mükəmməl tərkibə malikdir ki, insan ömrünün heç bir dövründə heç bir qida tək qida mənbəyi ola bilməz, yalnız ana südündən başqa. Gündüz və gecə ana südü öz tərkibini dəyişdirir, gecələr körpənin daha rahat həzm edə bilməsi üçün daha yüngül tərkibdə süd ifraz edilir, gündüzlər isə daha zəngin olur. Ana südünün yağlılığı ən çox səhərlər yüksək olur.

Yarımçıq doğulan körpələrin anasının südü vaxtında doğulan körpələrin anasının südündən 20 faiz daha qüvvətli olur. Prematür körpənin normadan zəif olduğunu ana orqanizmi anlayır və daha qüvvətli süd istehsal edir. Ana südünün tərkibi hər həftə dəyişir, körpənin böyüdükcə hər həftə fərqli mineral və vitaminə ehtiyacı olur çünki.

Ana südünün tərkibi ilə bağlı aparılan ən maraqlı araşdırmalardan biri 2008-ci ildə bioloq Keti Hindenın Arizona Dövlət Universitetindəki kəşfi oldu. Keti əsrlər boyu elmin nəzərdən qaçırdığı bir şeyi kəşf etdi: ana südü sabit bir resept deyil, daim dəyişən tərkib və ananın övladıan olan münasibətidir. Hinde araşdırarkən qəribə bir qanunauyğunluq gördü. Əgər bir ananın oğlan uşağı varsa, südü daha qatı, yağ və zülal baxımından zəngin, əgər qız uşağı varsa, südü daha bol və kalsiumla zəngin olur. Bu kəşf möcüzəvi təsir bağışladı, maraqlıdır, ananın bədəni körpənin cinsindən asılı olaraq südün kimyəvi tərkibini necə dəyişdirəcəyini haradan bilirdi?

Bu sual Hindeni insan biologiyasındakı ən maraqlı mexanizmlərdən birini kəşf etməyə vadar etdi, mekxanizm isə “geriyə axın" adlandırıldı. Biz illərdir ana südünün yalnız bir istiqamətdə - anadan uşağa axdığına inanırdıq. Keti sübut etdi ki, biz yanılmışıq. Analar körpəsinə ana südü verərkən, körpənin yaratdığı vakuum prosesi körpənin tüpürcəyinin kiçik bir hissəsini ananın süd vəzisinə daxl edir. Elə möcüzə də burada baş verir: döş toxuması bu tüpürcəyi dərhal təhlil edir. Keti bu prosesi “bioloji skaner” adlandırır. Əgər tüpürcəkdə körpənin qızdırması və ya infeksiyası olduğunu göstərən siqnallar varsa, ananın bədəni bir neçə saat ərzində həmin xəstəliyə xas antikorlar istehsal etməyə başlayır.

Əgər körpə stressdədirsə, süd hormon səviyyələrini (kortizol kimi) dəyişdirir və körpənin əhval-ruhiyyəsinə təsir göstərəcək, onu sakitləşdirəcək tərkibdə süd istehsal edir. Ağlayan, sakitləşməyən, narahat olan körpənin ana döşünə qoyulan kimi sakitləşib yuxuya getməsi elə bu teoremi təsdiqləmirmi? Ketinin araşdırması sübur tedi kui, süd səhər və axşam saatları arasında, körpə xəstə olanda da dəyişir. Ən maraqlı kəşf isə körpənin oğlan və ya qız olmasından asılı olaraq südün öz tərkibini dəyişməsi oldu. Orqanizm oğlan və qızların böyümüsəində əhəmiyyətli olan fərqli minerallar, vitaminlər ifraz edərək onları öz cinsinə uyğun qidalandırır.

Hinde araşdırması ilə sübut etdi ki, ana südü təbiətin ən mürəkkəb ünsiyyət sistemidir, hətta müasir texnologiyaların hələ də tam şəkildə təkrarlaya bilmədiyi iki bədən arasında gedən səssiz bir söhbətdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri