Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Anafilaktik şokun əsas “günahkarları” – dərmanlardır.
Buna görə də hər bir həkim xəstəyə bu və ya digər müalicə yazmamışdan qabaq, xəstədən həmin preparatı və ya onun analoqlarını qəbul edib-etmədiyini, müalicəni necə keçirdiyini, bu dərmanlara reaksiyanın olub-olmadığını (əgər olubsa, hansı formada olduğunu) soruşmalıdır.
Əgər Sizdə və ya Sizin uşağınızda nə vaxtsa anafilaktik şok baş vermişsə, mütləq ona səbəb olan allergenin (dərman, qida və s.) adını yazıb özünüzdə saxlayın!
Əgər əvvəllər belə reaksiya olmayıbsa, lakin Sizdə və ya Sizin uşağınızda allergiyaya meyllik olarsa, bu barədə də mütləq həkimə məlumat verin!
Əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar.
Bu halda hətta anafilaktik şok inkişaf edərsə, tibb müəssisəsində sizə tez bir zamanda təcili yardım göstərə bilərlər.
Əgər Sizə və ya Sizin uşağınıza hər hansı bir antibiotik təyin olunubsa, mütləq dəridaxili sınaq etmək lazımdır!
Əgər dəridaxili sınaqdan 30 dəqiqə sonra inyeksiya yerində qızartı, bərkimə, yerli temperaturun yüksəlməsi qeyd edilməzsə, antibiotiki vurmaq olar.