Icma.az
close
up
RU
Anafilaktik şokun profilaktikası

Anafilaktik şokun profilaktikası

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Anafilaktik şokun əsas “günahkarları” – dərmanlardır.

Buna görə də hər bir həkim xəstəyə bu və ya digər müalicə yazmamışdan qabaq, xəstədən həmin preparatı və ya onun analoqlarını qəbul edib-etmədiyini, müalicəni necə keçirdiyini, bu dərmanlara reaksiyanın olub-olmadığını (əgər olubsa, hansı formada olduğunu) soruşmalıdır.

Əgər Sizdə və ya Sizin uşağınızda nə vaxtsa anafilaktik şok baş vermişsə, mütləq ona səbəb olan allergenin (dərman, qida və s.) adını yazıb özünüzdə saxlayın!

Əgər əvvəllər belə reaksiya olmayıbsa, lakin Sizdə və ya Sizin uşağınızda allergiyaya meyllik olarsa, bu barədə də mütləq həkimə məlumat verin!

Əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar. Bu halda hətta anafilaktik şok inkişaf edərsə, tibb müəssisəsində sizə tez bir zamanda təcili yardım göstərə bilərlər.

Əgər Sizə və ya Sizin uşağınıza hər hansı bir antibiotik təyin olunubsa, mütləq dəridaxili sınaq etmək lazımdır! Əgər dəridaxili sınaqdan 30 dəqiqə sonra inyeksiya yerində qızartı, bərkimə, yerli temperaturun yüksəlməsi qeyd edilməzsə, antibiotiki vurmaq olar. Belə bir halı da nəzərdən qaçırmaq lazım deyil ki, antibiotikin vurulması üçün dəridaxili sınağın özü də nadir hallarda anafilaktik şok verə bilər!

Əgər südəmər uşağa hər hansı bir dərman ilk dəfə yazılarsa, ananın hamiləlik vaxtı və ya döşlə əmizdirdiyi vaxt həmin preparatı alıb-almamasını aydınlaşdırmaq lazımdır. Əgər ana həmin preparatı qəbul edirdisə, uşaqda bu preparata qarşı allergik reaksiya ola bilər.

Allergik reaksiyalara meylli olan şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sizdə nəyə qarşı allergiya olmasından asılı olmayaraq (məişət tozu, bitki tozcuqları, hər hansı bir qida və ya hər hansı bir digər maddə), istənilən digər allergen də (dərman, həşərat sancması və s.) allergik reaksiya verə bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri