Analitik: Növbədənkənar seçkilər keçirilərsə, Ərdoğanın şansı daha çox olacaq | Icma.az
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.H.Yaymanın sözlərinə görə, AKP-dən başqa namizədə ehtiyac yoxdur.Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilin may ayında baş tutmalıdır.Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməlidir.
Lakin konstitusiyaya görə mövcud Prezident Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə iştirak etməməlidir:"Görünür, Ərdoğan yeni seçkilərdə iştirak etmək niyyətindədir və bunu 2027-ci ilə qədər növbədənkənar seçki keçirərək təmin edə bilər.Əgər Türkiyədə növbədənkənar seçkilər keçirilərsə, hesab etmirəm ki, AKP-dən başqa kimsə namizədliyini irəli sürsün.
Çünki Ərdoğan əsas liderdir. Üstəlik, namizəd olan şəxsin yalnız geosiyasi nüfuza malik olması kifayət deyil, o, həm də ölkə daxilində səs ç
AKP-yə baxdıqda, Türkiyə elektoratına təsir edə biləcək əsas liderin Ərdoğan olduğunu görürük.
Onun seçkilərdə qalib gəlmək təcrübəsi və alternativinin olmaması bu mövqeyi gücləndirir.Bəzən Ərdoğanın səhhəti və yaşı ilə bağlı məsələlər gündəmə gətirilir, lakin indiyə qədər bu iddiaların ciddi əsası olmayıb.
Əgər 2027-ci ildə seçkilər keçirilsə, Ərdoğanın əsas namizəd olacağı və seçilmək imkanının yüksək olduğu düşünülür.
Son prezident seçkilərində müxalifət iqtidara ciddi təsir göstərə bilmişdi və toplanan səslər arasında fərq az idi.
Tam oxu
Xəbəri oxu