Icma.az
close
up
RU
Analitik: Növbədənkənar seçkilər keçirilərsə, Ərdoğanın şansı daha çox olacaq

Analitik: Növbədənkənar seçkilər keçirilərsə, Ərdoğanın şansı daha çox olacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.

H.Yaymanın sözlərinə görə, AKP-dən başqa namizədə ehtiyac yoxdur.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilin may ayında baş tutmalıdır.


Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməlidir. Lakin konstitusiyaya görə mövcud Prezident Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə iştirak etməməlidir:


"Görünür, Ərdoğan yeni seçkilərdə iştirak etmək niyyətindədir və bunu 2027-ci ilə qədər növbədənkənar seçki keçirərək təmin edə bilər.

Əgər Türkiyədə növbədənkənar seçkilər keçirilərsə, hesab etmirəm ki, AKP-dən başqa kimsə namizədliyini irəli sürsün. Çünki Ərdoğan əsas liderdir. Üstəlik, namizəd olan şəxsin yalnız geosiyasi nüfuza malik olması kifayət deyil, o, həm də ölkə daxilində səs çoxluğu toplamalıdır. AKP-yə baxdıqda, Türkiyə elektoratına təsir edə biləcək əsas liderin Ərdoğan olduğunu görürük. Onun seçkilərdə qalib gəlmək təcrübəsi və alternativinin olmaması bu mövqeyi gücləndirir.

Bəzən Ərdoğanın səhhəti və yaşı ilə bağlı məsələlər gündəmə gətirilir, lakin indiyə qədər bu iddiaların ciddi əsası olmayıb. Əgər 2027-ci ildə seçkilər keçirilsə, Ərdoğanın əsas namizəd olacağı və seçilmək imkanının yüksək olduğu düşünülür. Son prezident seçkilərində müxalifət iqtidara ciddi təsir göstərə bilmişdi və toplanan səslər arasında fərq az idi. Ərdoğanı dəstəkləyənlərin sayı təxminən 50 faiz olduğu kimi, ona qarşı çıxanlar da bir o qədər idi".


Politoloqun fikrincə, növbədənkənar seçkilər keçirilərsə, Ərdoğanın şansının əvvəlki seçkilərə nisbətən daha çox olacağı ehtimal edilir:

"Bunun bir neçə əsas səbəbi var; Birincisi, zəlzələ sonrası ab-havadır. Son seçkilər zamanı Türkiyə ağır zəlzələ fəlakətindən yenicə çıxmışdı. Bu, cəmiyyətdə travmatik bir atmosfer yaratmış və hakimiyyətə münasibətə təsir etmişdi. İkincisi isə o dövrdə ölkə ciddi iqtisadi çətinliklərlə üzləşmişdi. Hazırda da problemlər mövcuddur, lakin Türkiyə həmin ağır böhranı geridə qoyub və cəmiyyət bu şəraitə müəyyən qədər adaptasiya olub. Qarşıdakı dövrdə iqtisadi vəziyyətin daha da yaxşılaşması mümkündür. Digər tərəfdən sonuncu seçkilərdə Abdullah Öcalanın PKK-nı buraxmaq çağırışından sonra kürd məsələsi üzərindən seçkilərə təsir etməyə çalışan qüvvələrin müdaxilə imkanları azalıb. Gələcəkdə "kürd elektoratı"nın parçalanması ehtimalı AKP-yə rəqib qüvvələrin mövqeyinə təsir edə bilər. Bütün bu amilləri nəzərə aldıqda, qarşıdakı prezident seçkilərində müxalifətin ötən dəfə topladığı 50 faiz səsi bu dəfə tam olaraq əldə edə bilməyəcəyi ehtimal olunur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri