Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müsahibəyə gedərkən ağlıma da gəlməzdi ki, Fidan Hacıyevanın seçdiyi məkan demək olar ki, həftədə bir neçə dəfə yanından keçdiyim binada yerləşir.
Girişdə "Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi" lövhəsini görəndə fotoqrafımız İlkinə təəccüblə “Buradan dəfələrlə keçmişəm, amma ilk dəfədir ki, görürəm”, — dedim.
Adaşımın baxışlarından anladım ki, bu təəccübüm onun üçün elə də önəmli deyil.
İkimiz də susub pilləkənlərlə yuxarı, ikinci mərtəbəyə qalxmağa başladıq.
Qapı zənginin səsini eşidəndə əmin oldum ki, sözün hər iki mənasında bura onun məktəbidir.
Lent.az Xalq artisti Fidan Hacıyevanın APA-ya müsahibəsini təqdim edir - Bu binanın qarşısından çox keçmişəm, amma birinci dəfədir görürəm.
- Hə. Diqqətlə baxmayanda bəzən görmək olmur. - Məktəb neçə ildir fəaliyyət göstərir? Özünüz də dərs deyirsiniz?