Icma.az
close
up
RU
Anama deyirəm ki, mənim yanımda pis şeylərdən danışma Xalq artisti Fidan Hacıyeva

Anama deyirəm ki, mənim yanımda pis şeylərdən danışma Xalq artisti Fidan Hacıyeva

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsahibəyə gedərkən ağlıma da gəlməzdi ki, Fidan Hacıyevanın seçdiyi məkan demək olar ki, həftədə bir neçə dəfə yanından keçdiyim binada yerləşir. Girişdə "Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi" lövhəsini görəndə fotoqrafımız İlkinə təəccüblə “Buradan dəfələrlə keçmişəm, amma ilk dəfədir ki, görürəm”, — dedim. Adaşımın baxışlarından anladım ki, bu təəccübüm onun üçün elə də önəmli deyil. İkimiz də susub pilləkənlərlə yuxarı, ikinci mərtəbəyə qalxmağa başladıq. Qapı zənginin səsini eşidəndə əmin oldum ki, sözün hər iki mənasında bura onun məktəbidir.

Lent.az Xalq artisti Fidan Hacıyevanın APA-ya müsahibəsini təqdim edir

- Bu binanın qarşısından çox keçmişəm, amma birinci dəfədir görürəm.

- Hə. Diqqətlə baxmayanda bəzən görmək olmur.

- Məktəb neçə ildir fəaliyyət göstərir?

 Özünüz də dərs deyirsiniz?

- Təbii ki, elə indi dərsdən çıxmışam.

- Bəs, başqa haradasa dərs deyirsiniz?

- Konservatoriyada dərs deyirdim, sonra gördüm vaxt çatdıra bilmirəm, dayandırdım.

- Sonuncu dəfə opera səhnəsinə nə vaxt çıxmısınız?

- Bu yaxınlarda Fikrət Əmirovun “Sevil” operasında Gülüş obrazını oynamışam. Ümumiyyətlə, konsertlərim tez-tez olur. Məktəbimin nəzdində də təzəlikcə konsert zalı açmışıq. Orada da həm özüm, həm də tələbələrim çıxış edir. “Mədəniyyət” kanalında “Azərbaycan sədaları” adlı layihəm var, orada Azərbaycan klassik musiqilərini təbliğ edirik. Layihələrim və konsertlərim çoxdur. Bu dəqiqə əsas məqsədim aprelin 23-dən 29-a qədər İkinci Beynəlxalq Opera Festivalını keçirtməkdir. Bu il Üzeyir Hacıbəyovun 140 illiyidir və biz də Festivalın açılışını “Arşın mal alan” operası ilə edəcəyik. Mən burda əsasən gənclərə yer vermişəm. Bütün obrazları gənclər ifa edəcək. Mən isə xala obrazını canlandıracağam. Həmişə Gülçöhrəni, Asyanı oynamışam, bu dəfə isə xala obrazında olacağam (gülür).

- Maraqlıdır, nəyə görə festivala Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı adı verilib?

- Təşəbbüs mənim tərəfimdən olduğu üçün. Festival çərçivəsində keçiriləcək bütün layihələri də özüm yazıram. Hətta 2019-cu ildə yaratdığım qadınlardan ibarət “Metso Kamera” orkestri də festivalda çıxış edəcək. Daha sonra şəhid övladlarının təhsil aldığı Musiqi Akademiyası var, onlarla bərabər də festival çərçivəsində bir layihə edirəm. Bu yaxınlarda onlara ustad dərsi keçdim, inanın o qədər istedadlı uşaqlardır. Öz musiqi məktəbimdə də 2 şəhid övladı oxuduram və onlar da festivalda iştirak edəcəklər. Ən əsası bu festivalın mahiyyəti gənclərə operanı sevdirmək, düzgün çatdırmaqdır. Gənc opera ifaçıları da efirlərə, tədbirlərə çıxmaq istəyirlər, amma efirlərin vəziyyətini də özünüz görürsünüz. Mənim də bu festivalı keçirtməkdə əsas məqsədim onların böyük səhnəyə və böyük auditoriyaya çıxmalarıdır.

- Festivalın maliyyə tərəflərini kim qarşılayır?

- Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına təşəkkür edirəm. Onlar mənə simfonik orkestr, solistlər verdilər, reklam işlərində dəstək oldular. Digər tərəfdən, solistlər öz məktəbimin tələbələridir. Bir sözlə, birləşib bu layihəni həyata keçirik.

- İndiki şəraitdə görürük ki, hər yerindən duran müğənni olur. Bunu opera müğənnilərinə də aid etmək olar?

- Yox. Ona böyük səbir lazımdır, səbirdən başqa istedad da lazımdır, ən əsası böyük məktəb lazımdır. Mən 11 il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşam, daha sonra 2 il bakalavr, 2 il magistr, 2 il aspirantura təhsili almışam. 3 il də İtaliyada təhsil almışam. Bunlardan da əvvəl opera sənəti üçün Allah gərək sənə səs versin. Kim istəyir, gedib opera oxuya bilməz, gərək saydığım xüsusiyyətlər də olsun.

- Deyirlər musiqinin dili yoxdur. Siz özünüz də bir neçə dildə opera ifa etmisiniz. Necə düşünürsünüz, operanın dili olsaydı bu hansı dil olardı?

- Təbii ki, İtalya dili olardı. Çünki opera İtaliyada yaranıb və hər kəs də bilir ki, operanın vətəni İtaliyadır. Amma bizim də çox zəngin opera musiqilərimiz var. Bu yaxınlarda Türkiyədən Murat Orhan Can adlı məşhur dirijor gəlmişdi. O dedi siz nə qədər zəngin xalqsınız ki, sizin Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi nəhəng sənətkarlarınız olub. Bizim operada həm Qərbin, həm də Şərqin birləşməsi var.

- Azərbaycan operasının hazırkı vəziyyəti necədir?

Düşünürəm ki, operanın reklamı yoxdur. Necə ki pop ifaçıları sosial şəbəkələrdə reklam olunurlar, eləcə də opera reklam olunmalıdır. Amma ümumilikdə opera janrının bütün dövrlərdə dinləyicisi az olub. Tarixən opera krallar üçün yazılıb. Saraylarda opera teatrları olub və krallar üçün orada opera ifa ediblər. Sonralar başlayıb, opera xalqa çıxmağa. Bizdə də vəziyyətin belə olmağı hardasa, normaldır.

- İlk dəfə 19 yaşında “Koroğlu” operasında Xanəndə qız obrazı ilə səhnəyə gəlmisiniz. Bu gün də səhnəyə çıxanda 19 yaşınızdakı kimi həyəcan hiss edirsiniz?

- Həyəcan məndə bir dəfə olub, o da İtaliyada solo konsertim zamanı. Mən orda 3 il oxudum və həmin konsert bir növ hesabat konserti idi. Bir anlıq özümə dedim ki, mən burda neyləyirəm? Çox həyəcanlı idim. Ən əsası məsuliyyət idi. Akademiyanın professorları, İtalyanın məşhur adamları gəlmişdi. Öz-özümə dedim, yox, mən burada Azərbaycanı təmsil edirəm, ona görə də möhkəm olmalıyam. Yadımda qalan həyəcan bircə bu olub.

- Müsahibələrinizin birində xanımlara tövsiyə etmisiniz ki, səhər tez oyanıb işlərini planlı şəkildə görsünlər. Bu qədər işin gücün arasında özünüz planlı iş görə bilirsiniz?

- Mən hər səhər saat 6-da oyanıram. O adam ki, yuxudan gec durur, o yaşamır, ən geci 7-də oyanmaq lazımdır, yoxsa mən yatım 10-da oyanım, belə olmaz. Səhər tezdən işinin başında olmalısan. İstirahət günlərində də çox yatmağı sevmirəm, mənim üçün çox yatmaq pintilikdir.

- Bu qədər işin gücün içində ev işlərini çatdıra bilirsiniz?

- Ona görə tez oyanıb işlərimi planlı şəkildə görürəm. Planlı edəndə hər şeyə vaxt çatır.

- Sənətdə qazandığınız uğurda planlı yaşamağınızın payı var?

- Əlbəttə var. Bunu bir dəfə dedim, çox müğənni mənə baxıb əməl elədi, faydasını gördü, sonra mənə təşəkkür elədi.

- Pozitiv qalmağı necə bacarırsınız?

- İnsan necə düşünürsə, elə də olur. Mən hətta müsahibəyə gəlməmişdən əvvəl söhbətimizin yaxşı alınacağınızı bilirdim.

- Ailədə necə pozitiv ola bilirsiniz?

- Mütləq pozitiv olmağa çalışıram. Anam bizimlə qalır, hərdən deyir buram ağrıyır, oram ağrıyır. Bilirəm ki, diqqət istəyir, qadınlarda var axı belə şeylər. Amma mən ona deyirəm ki, mənim yanımda pis şeylərdən danışma. Kimsə mənim yanımda neqativ şeylərdən danışmaq istəyəndə icazə vermirəm.

- Azərbaycan muğamı ilə opera sənəti arasında hansı bənzərlikləri görürsünüz?

- Üzeyir Hacıbəyov operalarında həm Qərbi, həm də Şərqi təcəssüm edib. Bütün dünya bəstəkarları bunu deyir. Biz xoşbəxt xalqıq ki, çoxlu sayda böyük bəstəkarlarımız və muğam operalarımız var. Buna görə də bizdə Qərb harmoniyaları ilə muğam çox gözəl sintez olunub.

- Söhbətimizi məktəbi gəzərək davam edə bilərik?

Olar. Siz bilirsiniz ki, bura əvvəl bizim evimiz olub?

- Burada yaşamısınız?

- Bəli, 2015-ci ilə qədər burada yaşamışıq. Sonra buranı musiqi məktəbi elədik, özümüz başqa evə köçdük.

- Yoldaşınız bu qərarınızı necə qarşıladı?

- Yaxşı. O həmişə bütün işlərimdə mənə dəstək olub. Hətta burda qonşumuz evini satırdı, biz anamın evini satıb onu da aldıq. Məktəbi bir az da genişləndirdik.

- Niyə öz yaşadığınız evdə belə bir şey etmək qərarına gəldiniz?

- İmkanım buna çatırdı. Həm şəhərin mərkəzidir, həm də başqa yerdə belə bir şey etsəm, xərci çox olacaq.

- Bildiyim qədər öz evini məktəb edən başqa adam yoxdur bizdə?

- Bunu İtaliyada bir müəllimim var idi, onun evində görmüşdüm. Düzdür, o evin hamısını yox, bir hissəsini məktəb etmişdi. Mən isə bütün evi elədim.

Doğulub, böyüdüyünüz evdir?

- Yox, bu evdə doğulmamışam, amma uşaqlığım burda keçib.

- Yəni bu evdə uşaqlıq xatirələriniz var?

- Var əlbəttə. Ona görə bütün günümü burda keçirirəm (gülür).

- Bütün otaqlarda rəsm tabloları var. Burada rəsm dərsləri də keçirsiniz?

- Əvvəl var idi, sonra dayandırdıq. Övladlarımın üçü də rəsm çəkə bilir. Burda da çoxu onların rəsmləridir.

- Övladlarınızdan musiqi ilə məşğul olan var?

- Bircə balaca oğlum Çarlz piano çalır. O birilər özləri üçün məşğul olurlar.

- Balaca oğlunuzun adı necə oldu?

- Çarlz. Tam adı Çarlz Emindir. İki adı var (gülür). Yadımdan çıxmamış sizi festivala dəvət edirəm, mütləq gəlin.

- Onda festivalda görüşənə qədər (gülürəm).

Danışa-danışa gəlib bayaq əyləşdiyimiz kabinetə çıxdıq. İçəridə uşaqların piano ifa edib oxuduqlarını görəndə gülümsəyərək “Artıq kabinetinizi da dərs otağı kimi istifadə edirlər”,- dedim. Amma artıq gec idi. O, məni eşitmirdi, musiqinin sehri altında tələbələrinə tamaşa edirdi. Biz də sakitcə içəri girəndən bizi bürüyən sehrdən çıxıb, bu fədakar insanı övladları ilə baş-başa qoyuruq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Mart 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see118

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see117

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see117

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see115

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see115

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri