Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin konfransında dilə gətirib. O bildirib ki, 2025-ci ildə Gəncə Regional Vəkil Bürosunun – ölkəmizdə artıq 4-cü Regional Vəkil Bürosunun – yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır:
"Bina cənab Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilmiş, tam maddi vəsaitimiz hesabına müasir standartlara uyğun yenilənmiş və zəruri texniki avadanlıqlarla təmin edilmişdir. Yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir. Həmçinin cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".
Anar Bağırovun sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılıb:
"Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2026-cı ilin 30 yanvar tarixinədək 74932 elektron order və 100 543 elektron müqavilə rəsmiləşdirilmişdir".
Sədr vurğulayıb ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ olan elektron vəkil sorğusu layihəsidir:
"Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılmışdır. Hal-hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcəkdir".
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Bina cənab Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilmiş, tam maddi vəsaitimiz hesabına müasir standartlara uyğun yenilənmiş və zəruri texniki avadanlıqlarla təmin edilmişdir. Yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir. Həmçinin cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".