Anar Bağırov: Vəkillər Kollegiyası müasir tələblər əsasında rəqəmsallaşma üzrə mühüm addımlar atır
Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin konfransında dilə gətirib. O bildirib ki, 2025-ci ildə Gəncə Regional Vəkil Bürosunun – ölkəmizdə artıq 4-cü Regional Vəkil Bürosunun – yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır:
"Bina cənab Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilmiş, tam maddi vəsaitimiz hesabına müasir standartlara uyğun yenilənmiş və zəruri texniki avadanlıqlarla təmin edilmişdir. Yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir. Həmçinin cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".
Anar Bağırovun sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılıb:
"Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2026-cı ilin 30 yanvar tarixinədək 74932 elektron order və 100 543 elektron müqavilə rəsmiləşdirilmişdir".
Sədr vurğulayıb ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ olan elektron vəkil sorğusu layihəsidir:
"Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılmışdır. Hal-hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcəkdir".
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Anar Bağırov: Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir
28 Dekabr 2024 10:46
Vəkillər Kollegiyasının sədri Anar Bağırov şagirdlərlə görüşüb
21 Oktyabr 2025 14:45
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
02 İyul 2025 16:45
Vəkillər Kollegiyası 9 vəkili cəzalandırdı
18 Fevral 2025 18:53
Vəkillər Kollegiyası KTN ilə əməkdaşlıq
16 Yanvar 2025 16:09
Baxış sayı:73
Bu xəbər 31 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları