Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Piyada səfərlərinin təşviq edilməsi üçün layihələr həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, son dövrlərdə həyata keçirilmiş tədbirlər sayəsində bəzi müsbət nəticələr əldə edilib: "Belə ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb.
Taksi daşımalarında isə 32 faizlik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobill
Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir.
Bu ilkin nəticələrin əldə edilməsi üçün bir neçə istiqamətdə işlər görülüb. Bunlar, ilk növbədə, əlbəttə ki, avtobuslarla bağlıdır.
İki il ərzində şəhərdə avtobusların sayı 440 ədəd və ya 25 faiz artırılıb. Hazırda bu, rekord səviyyəyə - 2160-a çatıb.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu, son say həddi deyil və avtobusların sayının 2800-ə çatdırılması nəzərdə tutulub.