Icma.az
close
up
RU
Anar Rzayev: Piyadaların rahat hərəkəti üçün layihələr həyata keçirilib

Anar Rzayev: Piyadaların rahat hərəkəti üçün layihələr həyata keçirilib

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Piyada səfərlərinin təşviq edilməsi üçün layihələr həyata keçirilib".

Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, son dövrlərdə həyata keçirilmiş tədbirlər sayəsində bəzi müsbət nəticələr əldə edilib:

"Belə ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb. Taksi daşımalarında isə 32 faizlik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir.

Bu ilkin nəticələrin əldə edilməsi üçün bir neçə istiqamətdə işlər görülüb. Bunlar, ilk növbədə, əlbəttə ki, avtobuslarla bağlıdır. İki il ərzində şəhərdə avtobusların sayı 440 ədəd və ya 25 faiz artırılıb. Hazırda bu, rekord səviyyəyə - 2160-a çatıb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu, son say həddi deyil və avtobusların sayının 2800-ə çatdırılması nəzərdə tutulub.

Şəhərdə avtobuslara əhalinin inamını artırmağa imkan verən xüsusi zolaqlar şəbəkəsi hazırlanıb. Bunun sayəsində avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti artıb. Şəhər daxilində avtobusların orta sürətinin 18 kilometrdən 22 kilometrə qədər artması müşahidə edilib. Sıxlıq çox olan bəzi küçələrdə, - Atatürk prospektində bunu mən nümunə göstərə bilərəm, - sürət 12 dəqiqə azalmışdır, yəni, keçid orada 12 dəqiqə azalmışdır. Bu da vətəndaşların ictimai nəqliyyatdan istifadəsinə keçidinə ciddi bir təşviq yaradıb.

Qeyd edildiyi kimi, piyada səfərlərinin təşviq edilməsi üçün də layihələr həyata keçirilib. Bunlar, ilk növbədə, Xaqani parkında və metronun "28 May" stansiyasının önündə həyata keçirilmiş layihələrdir ki, hər iki əraziyə avtomobillərin daxil olması məhdudlaşdırılmışdır və bu yerlər piyadaların istifadəsinə verilmişdir. Sizin göstərişinizlə Xaqani parkında və metronun "28 May" stansiyasının önündə piyada zonası, eləcə də avtomobil habı yaradılmışdır. Son layihə isə Qoşa Qala qapısının önü, Əziz Əliyev küçəsi və İçərişəhərin daxilində avtomobillərin hərəkətinin məhdudlaşdırılması idi ki, nəticədə Bakı şəhərində nəhəng bir piyada zonası yaranmışdır. Bu istiqamətdə də işlər davam etdiriləcək. Layihələr hazırlanır və bu iş başa çatdıqdan sonra müvafiq qaydada təqdim ediləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri