Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı | Icma.az
Icma.az bildirir, Axsham.az portalına istinadən. "AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist Vəfa Fətullayevaya həsr olunub
Axşam.az xəbər verir ki, Əməkdar artist Əminə Babayeva onunla bağlı xatirələrini bölüşüb.
O, V.Fətullayevanın şəxsi həyatına anası, mərhum Xalq artisti Hökümə Qurbanovanın müdaxilə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, H.Qurbanovanın istəyi ilə Vəfa münasibətdə olduğu şəxslərdən ayrılıb və hətta övladını tələf edib: "Vəfa Zaurla (V.Fətullayevanın həyat yoldaşı, Zaur Nağıyev.
İdmançı idi. Onlar 1 ildən sonra yarılırlar - red.) xoşbəxt yaşayırdı. Hökumə xanım səhnəni elə sevirdi ki, qızını bu sənətə qurban verdi.
Vəfa ərindən ayrıldı, övladını itirdi, yenidən səhnəyə gəldi. Bütün bunlar Hökümə xanımın istəyi ilə olub.
O, anadır, düşünürdü ki, bununla qızını xoşbəxt edəcək. O qızının xoşbəxtliyini səhnədə görürdü.
Övladını ona görə tələf etdilər ki, Vəfaya sənətində maneə olmasın. Bəlkə də Hökümə xanım Vəfanı səhənəyə gətirməsəydi, bunlar yaşanmazdı".
Tam oxu
Xəbəri oxu