Icma.az
close
up
RU
Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı

Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı

Icma.az bildirir, Axsham.az portalına istinadən.

"AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist Vəfa Fətullayevaya həsr olunub.

Axşam.az xəbər verir ki, Əməkdar artist Əminə Babayeva onunla bağlı xatirələrini bölüşüb. O, V.Fətullayevanın şəxsi həyatına anası, mərhum Xalq artisti Hökümə Qurbanovanın müdaxilə etdiyini vurğulayıb. Onun sözlərinə görə, H.Qurbanovanın istəyi ilə Vəfa münasibətdə olduğu şəxslərdən ayrılıb və hətta övladını tələf edib:

"Vəfa Zaurla (V.Fətullayevanın həyat yoldaşı, Zaur Nağıyev. İdmançı idi. Onlar 1 ildən sonra yarılırlar - red.) xoşbəxt yaşayırdı. Hökumə xanım səhnəni elə sevirdi ki, qızını bu sənətə qurban verdi. Vəfa ərindən ayrıldı, övladını itirdi, yenidən səhnəyə gəldi. Bütün bunlar Hökümə xanımın istəyi ilə olub. O, anadır, düşünürdü ki, bununla qızını xoşbəxt edəcək. O qızının xoşbəxtliyini səhnədə görürdü. Övladını ona görə tələf etdilər ki, Vəfaya sənətində maneə olmasın. Bəlkə də Hökümə xanım Vəfanı səhənəyə gətirməsəydi, bunlar yaşanmazdı". 

Ə.Babayeva Vəfa xanımın mərhum Xalq artisti Fuad Poladovla da münasibətlərinə məhz onun anasının əngəl olduğunu açıqlayıb:

"Hökümə xanım buna müdaxilə etmişdi. Fuad əsgərlikdən gəlib onunla görüşmək istəyəndə anası Vəfaya icazə vermədi. Fuad teatrın qapısını sındırırdı ki, Vəfa ilə görüşsün. Bu zaman Hökümə xanım polis çağırmışdı. Baş rejissorumuz Tofiq Kazımov (mərhum Xalq artisti - red.) onu xilas etdi.

Amma anası qadağa qoysa da Vəfa Fuadla görüşürdü. Biz qastrollarda bunun şahidi olurduq. Hər yerdə birlikdə idilər. Fuad həqiqətən onu çox sevirdi. Yadımdadır, Vəfanın dəfnində Fuad teatrdan çıxanda bilmirdi haraya getsin, elə bil özünü itirmişdi. Vəfanın xasiyyəti ATAsına bənzəsə də anasını həddindən artıq çox istəyirdi. Hətta şəxsi həyatını da ona qurban vermişdi. Anansı nə deyirdi, onu edirdi.

Əməkdar artist mərhum sənətçinin son günlərini belə xatırlayır:

"1985-ci ildə "Vaqif" tamaşasında onunla dublyor olduq. "Xuraman" obrazını bizə tapşırdılar. Onda Vəfanın vəziyyəti yaxşı deyildi. Ona gündə qan köçürürdülər. Bütün məşqlərdə mən olsam da, premyerada Vəfanın adı yazılmışdı. Bunu aktyotlar mənə irad tutdular. Lakin bununla bağlı nəsə etmədim, çünki bilirdim ki, bu Vəfanın sonuncu tamaşası ola bilər. O sonra demişdi ki, Əminə elə bir şey etdi ki, bunu heç bir aktrisa etməzdi. 10 premyera olsa, yenə ona verərdim ki, təki sağalardı.

Vəfa istəmirdi onu o vəziyyətdə görək. Xəbər göndərmişdi ki, yanına gəlməsinlər. Son vaxtlar dişlərin çıxartmışdılar. Gözəl qadın olsan, sonra da o vəziyyətə düşəsən, əlbəttə istəməzdi, onu elə görək. Vəfa xəstəxanaya sonuncu düşəndə anasına tələf etdiyi övladının cəzasını çəkdiyini demişdi. Teatrda eşitdim ki, Vəfa dünyasını dəyişib. Həmin tamaşanı o gün göz yaşı içində oynadıq. O anasına vəsiyyət etmişdi ki, məni yerdən götürəndə ətrafda çoxlu qızılgüllər olsun. Anası onun bu istəyini yerinə yetirdi. Eşitdiyimə görə, o vəfat edəndə özü yorğanı üzün çəkib, sonra canını tapşırıb".

Qeyd edək ki, V.Fətullayeva 1987-ci ildə 41 yaşımnda xərçəng xəstəliyindən vəfat edib. Sənətçinin atası Xalq artisti Nüsrət Fətullayev onun ölümündən iki ay sonra, anası Hökümə xanım isə bir il sonra vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri