Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Dərin yara: Uşaqlar ana sevgisi olmadan böyüdükdə necə olurlar..?
...Zənnim məni aldatmırsa, gərək ki, o vaxt mən hələ orta məktəbdə oxuyurdum.
...Və yadımdadır ki, alman alimlərinin keçirdiyi qeyri-adi təcrübə barədə də elə o vaxt oxumuşdum.
Deməli, alman alimləri anadan yeni doğulan meymun balalarını analarından ayıraraq, onları analarına bənzər yaradılmış müqəvva “ana”larının yanına buraxmışdılar.
Alimlər hətta həmin o müqəvva “ana”nın döşlərində süd dolu əmzik də yerləşdirmişdilər.
Müqəvva “ana”nı öz doğma anaları bilən körpə meymunlar onun “qucağına” sığınıb süni döşdən əmdikləri süddən içərək böyüyürlər.
Amma nəticə uğurlu olmur: belə ki, tədricən böyüyüb “həddi-buluğa” çatan bala meymunlar sonradan həddən artıq çılğın və dəlisov olurlar.
Alman alimləri haradasa səhv etdiklərini düşünərək, növbəti təcrübələrini aparırlar. ...Və maraqlıdır ki, yenə də həmin nəticə alınır.