Icma.az
close
up
RU
Anasız olmasın dünyada heç kəs…

Anasız olmasın dünyada heç kəs…

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dərin yara: Uşaqlar ana sevgisi olmadan böyüdükdə necə olurlar..?

...Zənnim məni aldatmırsa, gərək ki, o vaxt mən hələ orta məktəbdə oxuyurdum.

...Və yadımdadır ki, alman alimlərinin keçirdiyi qeyri-adi təcrübə barədə də elə o vaxt oxumuşdum.

Deməli, alman alimləri anadan yeni doğulan meymun balalarını analarından ayıraraq, onları analarına bənzər yaradılmış müqəvva “ana”larının yanına buraxmışdılar. Alimlər hətta həmin o müqəvva “ana”nın döşlərində süd dolu əmzik də yerləşdirmişdilər.

Müqəvva “ana”nı öz doğma anaları bilən körpə meymunlar onun “qucağına” sığınıb süni döşdən əmdikləri süddən içərək böyüyürlər.

Amma nəticə uğurlu olmur: belə ki, tədricən böyüyüb “həddi-buluğa” çatan bala meymunlar sonradan həddən artıq çılğın və dəlisov olurlar.

Alman alimləri haradasa səhv etdiklərini düşünərək, növbəti təcrübələrini aparırlar.

...Və maraqlıdır ki, yenə də həmin nəticə alınır.

...Nəhayət xeyli məşvərətdən sonra onlar yekdil qərara gəlirlər ki, burada çatmayan yeganə şey...ANA NƏVAZİŞİDİR.

Beləliklə, SİA bu dəfə Sizə ana nəvazişi barədə danışmağa...cəhd edəcək..?

…Deməli, iddialara görə, ana sevgisi olmadan böyüyən hər bir insan yetkin yaşda münasibətlər qurmağa çətinlik çəkir.

Belə ki, o, yəni ana nəvazişi görməyən biri ona qarşı göstərilən “aşağı hörmətdən” əziyyət çəkir, emosional cəhətdən soyuq və mükəmməlliyə və ya özünü aşağılamaya meylli olur.

Əslində bunu bəzi həkim-terapevt bildirsə də, əslində bu çoxlarına məlum olan bir həqiqətdir.

…Deyilənlərə görə, ana sevgisi şəxsiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biridir.

Deyim ki, bunlar sadəcə gözəl sözlər deyil, bioloji və psixoloji zərurətdir.

…Uşaq qayğıya, hərarətə, təhlükəsizlik hissinə ehtiyac duyur. Həyatın ilk illəri uşağın anasından tamamilə asılı olduğu bir dövrdür. Onun qayğısı və məhəbbəti sayəsində o, ətrafındakı dünyaya əsas etibarını inkişaf etdirir. Əgər ana emosional olaraq soyuqdursa, laqeyddirsə və ya uşağın həyatından tamamilə uzaqdırsa, uşağın psixikası özünü müdafiə etməyə başlayır.

Bu, müxtəlif yollarla özünü göstərə bilər, nəticəyə şəxsiyyət xüsusiyyətləri və yaşayış şəraiti təsir göstərir.

…Təbii ki, bəzi uşaqlar narahat olurlar. Onların əsas qorxusu rədd edilməkdir, onlar özlərini həmişə lazımsız hiss edirlər. Başqa bir seçim isə qaçınmaqdır. Belə bir uşaq heç vaxt duyğularını göstərməz, qapalı və bağlılıqdan qorxur. Ağrı və dünyaya inamsızlıq da tez-tez təcavüz və etirazla ifadə olunur. Uşaqlıqda sevginin olmaması hətta bioloji proseslərə təsir edə bilən güclü bir stressdir.

...Sevgisiz böyüyən bir yetkin ya yaxınlıqdan qorxa bilər, ya da münasibətlərdə tərəfdaşına yapışaraq, əhəmiyyətinin daimi təsdiqini tələb edə bilər.

...Belə insanlar nadir hallarda yüksək heysiyyətlə öyünə bilirlər, özlərindən əmin deyillər, hər şeydə özlərini günahlandırır və qərar qəbul etməyi bilmirlər.

...Hissləri ifadə etmək təhlükəlidir. Bu münasibət uşaqlığı ana sevgisi olmadan keçən insanların əksəriyyətinə aiddir. Onlar çox vaxt biganə olur və özlərini xarici aləmdən bağlayırlar.

Onlar tez-tez başqaları tərəfindən tanınmağa ümid edərək "mükəmməl" olmağa çalışırlar.

Maraqlıdır, görən, ana sevgisinin olmamasının nəticələri düzəldilə bilər..?

…Deyilənə görə, bunu etmək üçün özünüzə qayğı göstərə biləcəyinizi dərk etmək vacibdir.

Təbii ki, bu halda hər hansı bir psixoloqla məsləhətləşmə artıq olmasa da, amma ən əsası sizi dəstəkləyən və qəbul edən mühitdir.

Yenə də deyilənlərə görə, bu halda özünüzü məhəbbətlə müalicə etməlisiniz. Necə..? Belə ki, imkan varsa istirahət edin, nailiyyətlərinizi etiraf edin və başqalarının isti hisslərini minnətdarlıqla qəbul edin…

…Allah heç bir bəndəaini anasız etməsin!

P.S: Yeni iddialara görə, ana bətninə düşən körpə, artıq iki aydan sonra “şəxsiyyət” kimi qəbul edilə bilər..?

Belə ki, yenə də iddialara görə, o, yəni ana bətnindəki körpə anasının onun gələcəyi barədə nə düşündüyünü...və hətta bəzi anaların körpədən necə qurtulmaq (...gərək ki, bizdə buna "abort" deyirlər-A.B.) barədə düşündüklərini də “anlayırlqr”..?

SİA bu barədə gələn nömrələrinin birində danışacaq...

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri