Ançelotti “Real”a 15 kubok qazandırıb

19.12.2024

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FIFA Qitələrarası Kubokunun final oyununda İspaniyanın "Real” və Meksikanın "Paçuka" komandaları qarşılaşıb. Görüş İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesab matçın 37-ci dəqiqəsində açılıb. Hücumçu Kilian Mbappe fərqlənib. 53-cü dəqiqədə "Real" Rodriqonun sayəsində fərqi ikiyə çatdırıb. Vinisius isə 84-cü dəqiqədə penalti ilə matçda nöqtə qoyub.

İtaliyalı baş məşqçi Karlo Ançelotti­ ­“Real”ın tarixinin ən uğurlu məşqçisi olub. 65 yaşlı Ançelotti üçün bu kubok "Real”da 15-ci olub. Bu da ona klubun əfsanəvi baş məşqçisi Migel Munyosun nailiyyətini ötməyə imkan verib. Munyos məşqçilik karyerasını “Real”da 14 titulla başa vurub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью