Ançelotti “Real”a 15 kubok qazandırıb
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
FIFA Qitələrarası Kubokunun final oyununda İspaniyanın "Real” və Meksikanın "Paçuka" komandaları qarşılaşıb. Görüş İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesab matçın 37-ci dəqiqəsində açılıb. Hücumçu Kilian Mbappe fərqlənib. 53-cü dəqiqədə "Real" Rodriqonun sayəsində fərqi ikiyə çatdırıb. Vinisius isə 84-cü dəqiqədə penalti ilə matçda nöqtə qoyub.
İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real”ın tarixinin ən uğurlu məşqçisi olub. 65 yaşlı Ançelotti üçün bu kubok "Real”da 15-ci olub. Bu da ona klubun əfsanəvi baş məşqçisi Migel Munyosun nailiyyətini ötməyə imkan verib. Munyos məşqçilik karyerasını “Real”da 14 titulla başa vurub.
XQ
Bu mövzuda digər xəbərlər:Ançelotti Real a böyük jest etdi
25 Avqust 2025 19:08
Ançelotti Real a son qərarını bildirdi
28 Aprel 2025 10:57
Karlo Ançelotti Real a qayıtmağa hazırdır
22 Yanvar 2026 08:22
Ançelotti yenidən “Real”a QAYIDA BİLƏR
22 Yanvar 2026 18:07
Mbappe “Real”a 3 xal qazandırıb
20 Avqust 2025 10:30
Baxış sayı:101
Bu xəbər 19 Dekabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















