Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. Azərbaycan millisinin voleybolçusu Andrey Melnikovun İdman.biz-ə müsahibəsi - Braşov “
Hazırlıqlar necə gedir? - Məşqçilər heyəti komandanı çempionatın final mərhələsinə hazırlamaq üçün böyük iş görür.
Komanda olaraq, oyunlara ciddi hazırlaşırıq. - Azərbaycanla Rumıniya çempionatlarını müqayisə etsəniz, nə kimi fərqlər qeyd edərdiniz?
- Fərq həm fiziki, həm də texniki baxımdan böyükdür. Burada tam gücünün 50 faizi ilə oynayıb qalib gələcəyin komanda yoxdur.
Həm oyunların, həm də klubların sayı çoxdur. Üstəlik, legionerlərdən heç bir şəkildə geri qalmayan çox güclü yerli voleybolçuları var.
- Onda Azərbaycan Yüksək Liqasının hazırki durumu sizi qane etmir?
- Bu mövsüm legionerlərin səviyyəsi kifayət qədər yaxşıdır, amma istərdim ki, yerli oyunçularımız daha çox inkişaf etsinlər.
Çünki milli komandaya yeni nəsil oyunçular lazımdır. Həmçinin daha güclü klublar görmək istəyərdim.