Icma.az
close
up
RU
Andrey Melnikov: “Azərbaycan millisinə yeni nəsil oyunçular lazımdır” MÜSAHİBƏ

Andrey Melnikov: “Azərbaycan millisinə yeni nəsil oyunçular lazımdır” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin voleybolçusu Andrey Melnikovun İdman.biz-ə müsahibəsi

- Braşov “Korona”sının heyətində Rumıniya çempionatının pley-off mərhələsinə yüksəlmisiz. Hazırlıqlar necə gedir?

- Məşqçilər heyəti komandanı çempionatın final mərhələsinə hazırlamaq üçün böyük iş görür. Komanda olaraq, oyunlara ciddi hazırlaşırıq.

- Azərbaycanla Rumıniya çempionatlarını müqayisə etsəniz, nə kimi fərqlər qeyd edərdiniz?

- Fərq həm fiziki, həm də texniki baxımdan böyükdür. Burada tam gücünün 50 faizi ilə oynayıb qalib gələcəyin komanda yoxdur. Həm oyunların, həm də klubların sayı çoxdur. Üstəlik, legionerlərdən heç bir şəkildə geri qalmayan çox güclü yerli voleybolçuları var.

- Onda Azərbaycan Yüksək Liqasının hazırki durumu sizi qane etmir?

- Bu mövsüm legionerlərin səviyyəsi kifayət qədər yaxşıdır, amma istərdim ki, yerli oyunçularımız daha çox inkişaf etsinlər. Çünki milli komandaya yeni nəsil oyunçular lazımdır. Həmçinin daha güclü klublar görmək istəyərdim. Belədə yaranan rəqabət çempionatı daha da maraqlı edir.

- Sizcə, ölkə xaricində qazandığınız təcrübə millidəki performansınıza necə təsir göstərəcək?

- Rumıniyada həm məşqçilər heyətindən, həm də voleybolçulardan əldə etdiyim təcrübə ilə milliyə faydalı olmağa çalışacağam. Biliklərimi gənclərlə bölüşmək mənim üçün xoş olar. Ümid edirəm ki, mövsüm boşa getməyib və burada qazandığım təcrübə milli komandadakı oyunuma da müsbət təsir göstərəcək.

- İndidən növbəti mövsümün planlarını cızdığınızı demək olar?

- Planlarla bağlı danışmaq hələ tezdir. Çünki millidə çoxlu oyunlarımız var və oktyabrda bitəcək. Təbii ki, karyeramı güclü çempionatda davam etdirmək istərdim, fiziki imkanlarım, durumum buna imkan verdiyi üçün böyümək və irəliləmək niyyətindəyəm.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri