Ankara, Bakı, Tbilisi yaxınlığı sabitliyin əsas təminatıdır GÜNDƏM | Icma.az
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Ceyhun Bayramovun Gürcüstana səfəri regiondakı sürətli dəyişikliklər dönəmində əhəmiyyətl
Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.
Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub.
Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub.
Tam oxu
Xəbəri oxu