Icma.az
close
up
RU
Ankara, Bakı, Tbilisi yaxınlığı sabitliyin əsas təminatıdır GÜNDƏM

Ankara, Bakı, Tbilisi yaxınlığı sabitliyin əsas təminatıdır GÜNDƏM

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ceyhun Bayramovun Gürcüstana səfəri regiondakı sürətli dəyişikliklər dönəmində əhəmiyyətlidir

 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar. Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub. Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb. Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər. Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin, Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb. Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb. Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra, nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.


Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Gürcüstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir və hər iki ölkəni bir sıra regional və transmilli layihələr sıx şəkildə bağlayır. Ekspert bildirib ki, Gürcüstan Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında tranzit rol oynayır: 

"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və digər mühüm enerji, kommunikasiya və nəqliyyat xətləri məhz Gürcüstan üzərindən keçir. Tbilisi və Bakı müxtəlif platformalarda da həmişə bir-birilərinə dəstək veriblər. Gürcüstanda 700 minə yaxın soydaşımızın yaşaması da əlaqələrin dərinləşməsində və inkişaf dinamikasında, həmçinin dostluq tellərinin möhkəm bağlanmasında mühüm faktordur. Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin əldə olunması üçün Bakı və Tbilisi çoxvektorlu əlaqələrə malikdir və bir çox məsələlərdə maraqları üst-üstə düşür. Cənubi Qafqaz uğrunda böyük güclərin amansız rəqabəti və Rusiyanın müstəmləkə siyasətinin açıq müstəviyə keçdiyi, təcavüzkar davranışları Azərbaycan və Gürcüstanı ortaq mövqedən çıxış etməyə vadar edir. Eyni zamanda Qərbin Bakıya və Tbilisiyə haqsız və davamlı təzyiqləri bu dövlətlərin üzərinə əlavə məsuliyyət qoyur". 


 Siyasi şərhçi əlavə edib ki, xarici təsir və basqılara qarşı güclü immunitetin yaradılması, güc mərkəzinə çevrilən Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır: 

"Türkiyə NATO üzvü kimi təhlükəsizlik təminatını üzərinə götürməyə qadirdir. Qəribəsi odur ki, hər iki paytaxt Moskvanın təxribat və təzyiqlərinə rəğmən, eyni saxta arqumentlərlə Qərbin "gözümçıxdısı"na salınıb. Halbuki Ermənistan Moskvanın hərbi siyasi və iqtisadi ticari müttəfiqi olmasına baxmayaraq, hər cür dəstək görür. Bu ayrı-seçkilik, ikili standartlar müəyyən diskomfort yaratsa da, bunun aradan qaldırılması üçün ortaq iradə sərgilənməsi müsbət nəticəsini verəcək. Bu baxımdan da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri regiondakı sürətli dəyişikliklər dönəmində əhəmiyyətlidir və güman edirəm ki, bu, ikitərəfli əlaqələrin inkişafına yeni imkanlar yaradacaq. Məlum olduğu kimi rəsmi Tbilisi, "3+3" formatı çərçivəsində müzakirələrə qatılmasa da, Rusiyanın dost olmayan münasibəti bu formatın da dəyişdirilməsində razılıq əldə oluna bilər və Moskvanın iştirakı olmadan regiondakı problemlərin çözülməsində perspektivlər yaranar. Hər halda düşünürəm ki, bu iki dövlətin bir-birilərinə dəstəyi və Türkiyənin də prosesdə fəal iştirakı Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və tərəqqisinə təminat yaradar". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri