Ankara İran üçün hərəkətə keçdi: 3 şəhərdə kritik addım Ağ Ev də razıdır | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda etiraz aksiyalarının səngiməsindən sonra müxtəlif bölgələrdə kütləvi həbslərin qeydə alındığı bildirilir.
Məlumata görə, yanvarın 20-də SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Qəzvin şəhərində 166 nəfəri həbs edib.
Bununla yanaşı, Rəzəvi Xorasan əyalətində 192, İsfahan şəhərəində 73 etirazçının saxlanıldığı bildirilib.
Ümumiyyətlə, İranda bundan sonrakı mərhələ üçün nə gözlənilir?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Globalinfo.az-a açıqlamasında deyib ki, İranda etiraz dalğasının güc yolu ilə yatırılması problemin həll edildiyi mənasına gəlmir: “İranın aksiyaların davam etdiyi müddətdə ABŞ ilə pərdəarxası danışıq aparması yüksək ehtimaldır və yaxın günlərdə iki ölkə arasındakı münasibətlərin gedişi bunu tam aydınlaşdıracaq.
ABŞ ilə ciddi qarşıdurma vəziyyətində olan Avropa İttifaqının İrana qarşı sanksiyaları sərtləşdirəcəyi ilə bağlı verdiyi mesajlar bu ehtimalı daha da gücləndirir.
Rəsmi Ankaranın ABŞ-da Prezident Donald Tramp hökuməti ilə çox yaxın münasibətləri var.
Tam oxu
Xəbəri oxu