Icma.az
close
up
RU
Ankara İran üçün hərəkətə keçdi: 3 şəhərdə kritik addım Ağ Ev də razıdır

Ankara İran üçün hərəkətə keçdi: 3 şəhərdə kritik addım Ağ Ev də razıdır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda etiraz aksiyalarının səngiməsindən sonra müxtəlif bölgələrdə kütləvi həbslərin qeydə alındığı bildirilir.

Məlumata görə, yanvarın 20-də SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Qəzvin şəhərində 166 nəfəri həbs edib. Bununla yanaşı, Rəzəvi Xorasan əyalətində 192, İsfahan şəhərəində 73 etirazçının saxlanıldığı bildirilib.

Ümumiyyətlə, İranda bundan sonrakı mərhələ üçün nə gözlənilir?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Globalinfo.az-a açıqlamasında deyib ki, İranda etiraz dalğasının güc yolu ilə yatırılması problemin həll edildiyi mənasına gəlmir:

“İranın aksiyaların davam etdiyi müddətdə ABŞ ilə pərdəarxası danışıq aparması yüksək ehtimaldır və yaxın günlərdə iki ölkə arasındakı münasibətlərin gedişi bunu tam aydınlaşdıracaq. ABŞ ilə ciddi qarşıdurma vəziyyətində olan Avropa İttifaqının İrana qarşı sanksiyaları sərtləşdirəcəyi ilə bağlı verdiyi mesajlar bu ehtimalı daha da gücləndirir. Rəsmi Ankaranın ABŞ-da Prezident Donald Tramp hökuməti ilə çox yaxın münasibətləri var. Türkiyənin Xarici işlər naziri Hakan Fidan İran-ABŞ dialoqu üçün vasitəçilik edə biləcəyinin mesajını vermişdi. ABŞ də İranın bütövlüyünün qorunmasında və hazırki rejimlə işləməkdə maraqlı olduğu üçün təzyiqlərini artırmaqla yanaşı, diplomatik kanalları açıq tutur. Pərdəarxası danışıqlar xüsusilə Türkiyə vasitəsilə aparılır.


Əli Zülfüqaroğlu

Türkiyə də İranda xaotik mənzərənin yaranmasına qarşıdır, çünki belə olacağı halda, ilk növbədə Ankara ciddi təhdidlərlə üz-üzə qala bilər. Ona görə də Türkiyə İran məsələsini özünün milli təhlükəsizlik məsələsi hesab edir və Tehranın Qərblə münasibətlərinin normallaşmasına, İrandakı mühafizəkar qüvvələrin prosesi sabotaj etməməsinə, həm dini rəhbərlik, həm də hökumətlə danışıqlar apararaq vəziyyətin nəzarət altında qalmasına çalışır”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, İranın ali rəhbəri Ayətullah Xameneinin əhalinin sosial problemlərinin olmasını etiraf etməsi ictimaiyyətə mesaj baxımından yetərli deyil:

“Bu problemlərin həlli istiqamətində təcili addımlar atılmalıdır. Bunun üçün İranın beynəlxalq münasibətlərinin qaydaya düşməsi ilə yanaşı, daxildə köklü və təxirəsalınmaz islahatlar həyata keçirilməlidir. Qərb və qonşu ölkələrlə münasibətlərin inkişafı və daxildə açılıma gedilməsi üçün Prezident Məsud Pezeşkianın tezisləri praktiki mərhələyə daşınmalıdır. Belə olmayacağı təqdirdə İranı daha ciddi böhran və xaos gözləyir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri