Ankarada saxlanılan on yeddi rusiyalı qadın Türkiyədən deportasiya edilib

20.11.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Oktyabrın sonlarında Türkiyənin paytaxtı Ankarada gecə klublarına polis basqınları zamanı saxlanılan on yeddi Rusiya vətəndaşı Türkiyəni tərk edib.
Newscenter.az news.ru-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat verib.
"Noyabrın 19-u tarixinə olan məlumata görə, oktyabrın sonlarında Ankara klublarına polis basqınları zamanı saxlanılan 17 Rusiya vətəndaşı ölkəni tərk edib. Saxlanılanların bəziləri isə hələ də Akyurt deportasiya mərkəzindədir", - deyə açıqlamada bildirilir.
Diplomatik missiya qeyd edib ki, səfirlik vəziyyəti izləməyə və vətəndaşlarına lazımi konsulluq yardımı göstərməyə davam edir.
Səfirlik daha əvvəl Türkiyə paytaxtında polis reydləri zamanı əxlaq və ictimai təhlükəsizliyi pozduğuna görə 34 rusiyalı qadının həbs olunduğunu bildirmişdi.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью