Ankarada saxlanılan on yeddi rusiyalı qadın Türkiyədən deportasiya edilib
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın sonlarında Türkiyənin paytaxtı Ankarada gecə klublarına polis basqınları zamanı saxlanılan on yeddi Rusiya vətəndaşı Türkiyəni tərk edib.
Newscenter.az news.ru-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat verib.
"Noyabrın 19-u tarixinə olan məlumata görə, oktyabrın sonlarında Ankara klublarına polis basqınları zamanı saxlanılan 17 Rusiya vətəndaşı ölkəni tərk edib. Saxlanılanların bəziləri isə hələ də Akyurt deportasiya mərkəzindədir", - deyə açıqlamada bildirilir.
Diplomatik missiya qeyd edib ki, səfirlik vəziyyəti izləməyə və vətəndaşlarına lazımi konsulluq yardımı göstərməyə davam edir.
Səfirlik daha əvvəl Türkiyə paytaxtında polis reydləri zamanı əxlaq və ictimai təhlükəsizliyi pozduğuna görə 34 rusiyalı qadının həbs olunduğunu bildirmişdi.
Süleyman
Bu mövzuda digər xəbərlər:Paşinyanın Ankarada çarə axtarışı: Türkiyədən zəmanət istəyir
20 İyun 2025 10:00
Türkiyədən NATO nun Ankarada keçiriləcək zirvə görüşünə MÜNASİBƏT
19 İyun 2026 12:53
Rusiya diplomatları Ankarada saxlanılan 34 rusiyalı qadınla görüşüblər
05 Noyabr 2026 20:55
Rusiyalı bloqqer Türkiyədən narazı qayıdıb..?
08 Mart 2025 21:25
Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir SƏBƏB
23 Avqust 2025 01:21
Baxış sayı:164
Bu xəbər 20 Noyabr 2026 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















