Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub FOTOLAR | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib.Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini Türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb.
O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Şirvanşahlar dövlətinin minillik tarixinin zənginliyinə diqqət yönəldib.
Onun sözlərinə görə, Şirvanşahlar dövləti regionun tarixində dərin iz qoyub, Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına töhfə verib.
Şirvanşahlar dövründə görkəmli mütəfəkkirlər, şairlər, dövlət xadimləri yaşayıb-yaratmışlar.
Onların xatirəsi bu gün də yaşamaqdadır.Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfəni vurğulayıb.Diplomatik missiyanın rəhbəri “PAŞA Həyat Sığorta” şirkətinin rəhbərliyinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı türk dilində kitabların nəşri ilə bağlı təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib və “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının Şirvanşahlar dövləti haqqında yeni kitabın hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirib.R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.Daha sonra çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycan irsinin təbliği istiqamətində səyləri öz borcu adlandırıb.
“Biz ölkəmizin zəngin tarixinin unudulmasına imkan verməməliyik”, - deyə o qeyd edib ki, “PAŞA Həyat Sığorta” təkcə Azərbaycanın sığorta bazarının liderlərindən deyil, həm də Azərbaycan mədəniyyətinin və irsinin təbliğinə yönəldilən çox sayda proqram və layihələrin sponsorudur.“Biz Azərbaycanın dünyada, o cümlədən Türkiyədə tanıdılmasına yönəlmiş proqram və layihələri dəstəkləməyə davam edəcəyik”, - deyə İdarə Heyətinin sədri əmin edib.Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl minillik Şirvanşahlar dövlətinin inkişaf mərhələləri haqqında məlumat verib.
O qeyd edib ki, minillik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti adlandırmaq olar.
Tam oxu
Xəbəri oxu