Icma.az
close
up
RU
Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub FOTOLAR

Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub FOTOLAR

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini Türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb. O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Şirvanşahlar dövlətinin minillik tarixinin zənginliyinə diqqət yönəldib. Onun sözlərinə görə, Şirvanşahlar dövləti regionun tarixində dərin iz qoyub, Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına töhfə verib. Şirvanşahlar dövründə görkəmli mütəfəkkirlər, şairlər, dövlət xadimləri yaşayıb-yaratmışlar. Onların xatirəsi bu gün də yaşamaqdadır.
Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfəni vurğulayıb.
Diplomatik missiyanın rəhbəri “PAŞA Həyat Sığorta” şirkətinin rəhbərliyinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı türk dilində kitabların nəşri ilə bağlı təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib və “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının Şirvanşahlar dövləti haqqında yeni kitabın hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.
Daha sonra çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycan irsinin təbliği istiqamətində səyləri öz borcu adlandırıb. “Biz ölkəmizin zəngin tarixinin unudulmasına imkan verməməliyik”, - deyə o qeyd edib ki, “PAŞA Həyat Sığorta” təkcə Azərbaycanın sığorta bazarının liderlərindən deyil, həm də Azərbaycan mədəniyyətinin və irsinin təbliğinə yönəldilən çox sayda proqram və layihələrin sponsorudur.
“Biz Azərbaycanın dünyada, o cümlədən Türkiyədə tanıdılmasına yönəlmiş proqram və layihələri dəstəkləməyə davam edəcəyik”, - deyə İdarə Heyətinin sədri əmin edib.
Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl minillik Şirvanşahlar dövlətinin inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, minillik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti adlandırmaq olar. “Şirvanşahlar dövləti türk xalqlarının ortaq irsinin mühüm daşıyıcılarından biridir”, - deyən İsmayıl Azərbaycan tarixinin belə əlamətdar dövründən bəhs edən kitabın təqdimatından məmnunluğunu ifadə edib.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC -ın müxbiri ilə söhbətində Azərbaycanla bağlı növbəti kitabın türk dilində nəşrini iki xalqın bir-birinə yaxınlaşması və qardaş ölkə ictimaiyyətinin Azərbaycan xalqının irsi haqqında məlumatlandırılması istiqamətində mühüm mərhələ adlandırıb. “Ölkələrimizin mədəniyyətinin və tarixinin gənclər arasında təbliğini xüsusilə vacib hesab edirəm”, - deyə o vurğulayıb.
M.Mərcanlı qeyd edib ki, “Şirvanşahların minilliyi” kitabı “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə nəşr olunan türk dilində kitablar silsiləsindən dördüncüdür. Bu, 30-dan çox kitabdan ibarət İRS seriyasının davamıdır.
Onun sözlərinə görə, hazırda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı yeni nəşrlər hazırlanır. “İRS jurnalı türk xalqlarının ortaq irsinin təbliğinə yönəlmiş layihə həyata keçirməyi planlaşdırır”, - deyə o əlavə edib.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri