GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın aprelin 2-də Fransaya səfəri bir çox baxımdan diqqət çəkdi.
Xüsusilə Ankaranın Parislə münasibətləri bərpa etməsi istiqamətindəki addımları Bakı ilə əlaqələri və mövcud geosiyasi vəziyyət fonunda qeyri-müəyyənlik doğurub.
Həmçinin bu məsələ son olaraq Türkiyə-Ermənistan sərhədinin müvəqqəti açılmasından sonra birmənalı qarşılanmadı.
Məlumata görə, Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparıb.
Bəzi ekspertlərin fikrincə, mətbuata açıqlanmasa da, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin bərpası və sərhədlərin açılmasından da danışılıb.
Türkiyə-Fransa yaxınlaşması və Ankaranın İrəvanla son təmasları Azərbaycan üçün nə vəd edir?
Ermənistan üzərində ciddi təsiri olan Parisin Ankara ilə əlaqələrini möhkəmləndirməsi sülh prosesinə necə təsir göstərə bilər?