Icma.az
close
up
RU
Ankaradan Bakıda narahatlıq doğuran iki həmlə “Reallıqdan uzaq yanaşmadır”

Ankaradan Bakıda narahatlıq doğuran iki həmlə “Reallıqdan uzaq yanaşmadır”

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın aprelin 2-də Fransaya səfəri bir çox baxımdan diqqət çəkdi. Xüsusilə Ankaranın Parislə münasibətləri bərpa etməsi istiqamətindəki addımları Bakı ilə əlaqələri və mövcud geosiyasi vəziyyət fonunda qeyri-müəyyənlik doğurub. Həmçinin bu məsələ son olaraq Türkiyə-Ermənistan sərhədinin müvəqqəti açılmasından sonra birmənalı qarşılanmadı.

Məlumata görə, Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparıb. Bəzi ekspertlərin fikrincə, mətbuata açıqlanmasa da, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin bərpası və sərhədlərin açılmasından da danışılıb.

Türkiyə-Fransa yaxınlaşması və Ankaranın İrəvanla son təmasları Azərbaycan üçün nə vəd edir? Ermənistan üzərində ciddi təsiri olan Parisin Ankara ilə əlaqələrini möhkəmləndirməsi sülh prosesinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz deyib ki, Türkiyə-Fransa yaxınlaşmasını Ermənistan kontekstində deyil, Avropa İttifaqı (Aİ) ilə münasibətlər və geosiyasi aspektdən dəyərləndirmək lazımdır:

“Bunu “Tramp effekti” də adlandırmaq olar. Avropanın təhlükəsizlik böhranı və mümkün Rusiya Ukrayna atəşkəsindən sonra, Kiyevin sərhəddə Türkiyənin sülhməramlı missiyasına ehtiyacı olacaq. Ankara-Paris dialoqu həm də bu baxımdan mühümdür. Təsadüfi deyil ki, Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsini müzakirə edib.


Yücel Karauz

Türkiyə regional güc olaraq yaxın bölgələrdə baş verən siyasi hadisələrdən kənarda qala bilməz. Buna görə də bütün ölkələrlə lazım gəldikdə müzakirə aparır. O baxımdan Hakan Fidanın Fransa səfəri bu ölkə ilə yaxınlaşma mənasına gəlmir. Hətta deyərdim, bu, bir qədər reallıqdan uzaq yanaşmadır. Ermənistan-Türkiyə münasibətləri Paris-Ankara danışıqlarının müzakirə predmeti deyil. Bu məsələ müzakirə edilsə belə, Azərbaycanın narahat olması üçün heç bir əsas yoxdur”.

Siyasi şərhçi Əli Zülfüqaroğlu isə deyib ki, Azərbaycanla Türkiyə iki qardaş ölkə, eyni zamanda strateji müttəfiqdir:

“Hər iki ölkə münasibətlərinin xüsusilə son dövrlər daha yüksək səviyyəyə çatması Azərbaycan və Türkiyənin maraqlarını özündə ehtiva edir. Bu, eyni zamanda qardaş xalqların tarixboyu arzuladıqları mənzərənin gerçəkləşməsi deməkdir. Ona görə də, atılan addımlar müttəfiqlik ruhuna uyğun olmalı və ona xələl gətirməməlidir. O baxımdan düşünürəm ki, ən azı Ermənistanla sülh müqaviləsi imzalanana qədər Ankara Azərbaycana birbaşa aidiyyəti olan məsələlərlə bağlı xarici siyasətini Bakı ilə koordinasiya etməlidir.


Əli Zülfüqaroğlu

Məsələn, Ermənistanla sərhədlərin açılması ilə bağlı Azərbaycanın konkret mövqeyi var. Hesab edirəm ki, Ermənistanla sərhədlərin müvəqqəti açıldığı deyilsə də, buna rəsmi aydınlıq gətirilməsinə ehtiyac var. Fransa İrəvanın böyük himayədarlarından biridir. Bu mənada düşünürəm ki, Ankara-Paris əlaqələri Azərbaycana zərər verməməlidir. Digər tərəfdən bir sıra mövzularda, xüsusilə erməni məsələsində Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür. Ermənistanın hələ də Türkiyəyə qarşı rəsmi ərazi iddiaları var və bunun ortadan qaldırılması vacibdir. Həmçinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı Türkiyəyə ən böyük dəstəyi Azərbaycan verib. Ona görə də bu istiqamətdə rəsmi Bakının maraqları, elə Ankaranın maraqları deməkdir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri