Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vladimir Putin Hindistana səfəri ərəfəsində hindistanlı jurnalistlərə uzun bir müsahibə verib.
Həmin müsahibə zamanı əvvəlcədən razılaşdırılmış rahat suallara adət etmiş Putin gözləmədiyi halda “India Today”-in jurnalistinin sərt sualı ilə üz-üzə qalıb.
Xanım jurnalist rusiyapərəst mövqeyilə seçilsə də, Donbasın Rusiyanın nəzarətindəki işğal olunmuş ərzilərinə etdiyi səfərdən aldığı ağır təəssüratdan danışıb.
Jurnalist Putindən Rusiya ordusunun Donbasda Ukrayna vətəndaşlarının, hətta rus dilində danışan və Kremlin siyasətini dəstəkləyənlərin evlərini niyə dağıtdığını soruşub: “Luqansk, Donetsk və Xersona səyahət etdim.
İnsanların əksəriyyəti rus dilində danışırlar. Onlar Kiyevin Ukraynanın şərqində bu dili qadağan etməsindən çox məyus idilər (Müharibəyə qəd
Lakin onlar həm də şoka düşdülər: Putin bunu bizə necə edə bilərdi, axı biz onun xalqıyıq!
Danışdığım qadınların çoxu şokda idi… Onlara nə deyərdiniz?”Gözləmədiyi sualdan bir anlıq çaşan Putin əvvəlcə özünü bilməzliyə vurub.