Icma.az
close
up
RU
“ANLAMADIM, NƏDƏN ŞOKA DÜŞÜBLƏR?” Hindistanlı jurnalistin sualına Putindən biabırçı cavab

“ANLAMADIM, NƏDƏN ŞOKA DÜŞÜBLƏR?” Hindistanlı jurnalistin sualına Putindən biabırçı cavab

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vladimir Putin Hindistana səfəri ərəfəsində hindistanlı jurnalistlərə uzun bir müsahibə verib. Həmin müsahibə zamanı əvvəlcədən razılaşdırılmış rahat suallara adət etmiş Putin gözləmədiyi halda “India Today”-in jurnalistinin sərt sualı ilə üz-üzə qalıb.

Xanım jurnalist rusiyapərəst mövqeyilə seçilsə də, Donbasın Rusiyanın nəzarətindəki işğal olunmuş ərzilərinə etdiyi səfərdən aldığı ağır təəssüratdan danışıb. Jurnalist Putindən Rusiya ordusunun Donbasda Ukrayna vətəndaşlarının, hətta rus dilində danışan və Kremlin siyasətini dəstəkləyənlərin evlərini niyə dağıtdığını soruşub: “Luqansk, Donetsk və Xersona səyahət etdim. İnsanların əksəriyyəti rus dilində danışırlar. Onlar Kiyevin Ukraynanın şərqində bu dili qadağan etməsindən çox məyus idilər (Müharibəyə qədər Ukraynada rus dili qadağan edilməmişdi və indi də bu dildən məişətdə istifadəyə heç bir qadağa yoxdur-red.). Lakin onlar həm də şoka düşdülər: Putin bunu bizə necə edə bilərdi, axı biz onun xalqıyıq! Danışdığım qadınların çoxu şokda idi… Onlara nə deyərdiniz?”

Gözləmədiyi sualdan bir anlıq çaşan Putin əvvəlcə özünü bilməzliyə vurub. Guya sualı anlamayıb: “Sualı başa düşmədim: nədən şoka düşüblər?”

Hindistanlı jurnalist sualı bir daha təkrar edərək, Rusiya ordusunun Donbasın şəhərlərini yerlə bir etdiyni xatırladıb və oradakı insanların acınacaqlı durumunu Putinin üzünə vurub: “Görüşdüyüm insanlar onların evlərini dağıdan bir əməliyyatın başlanmasından şoka düşüblər. Onlar Şərqi Ukraynada yaşayırdılar, həmişə Rusiyanı, rus xalqını seviblər, özləri də rus dilində danışırdılar…”

Suala dürüst cavab verməkdə çətinlik çəkən Putin dolaşıq bəhanələr gətirməyə başlayıb və iddia edib ki, Rusiya bu “xüsusi hərbi əməliyyat”la rusdilli ukraynalılara "dəstək" göstərir. Putinin cavabı: “Cavab çox sadədir: onlar görünür, Ukraynanın, məsələn, Luqansk və ya Donetsk vilayətinin Kiyev hakimiyyətinin nəzarəti altında olan hissəsində yaşayırdılar. Lakin Luqansk və ya Donetsk vilayətinin onların nəzarəti altında olmayan hissəsi Kiyev rejimi tərəfindən dağıdılırdı. Və biz onun müstəqilliyini elan edən hissəni dəstəkləməyə məcbur olduq”. Yəni, nə? Yəni ki, Rusiya Donbasın Ukraynanın nəzarətində olan hissəsindəki əhalini “dəstəkləmək” üçün bu əraziləri işğal və onların evlərini, şəhərlərini yerlə yeksan edib?! Bu nə cavab, nə izahdır? Digər yandan, müharibə başlayana qədər, xüsusən 2014-2015-ci illərə qədər Donbas bütünlükdə Ukraynanın ən varlı və ən inkişaf etmiş bölgəsi idi və heç kim onu bombalamırdı. Onun indiki vəziyyətini isə şərh etməyə belə dəymir…

Daha sonra guya sualın qalan hissəsini də cavablandıran Putin deyib: “İkincisi, biz insanlara açıq referendumda fikirlərini bildirmək imkanı verdik: Rusiya ilə olmağın daha yaxşı olduğuna inananlar ona səs verdilər; inanmayanlar isə Ukrayna dövlətinin digər hissələrinə sərbəst şəkildə gedə bilərdilər. Buyursunlar, biz heç vaxt buna mane olmamışıq”. Yəni, kimin öz evinin, şəhərinin işğalından, dağıdılmasından xoşu gəlmir, getsin Ukraynanın qalan hissəsində yaşasın. “Mükəmməl” məntiqdir. Digər yandan, Putinin dediklərindən belə çıxır ki, bir ölkə başqa bir ölkənin ərazisini işğal edir, sonra orada “referendum” keçirir və elan edir ki, kim işğalçının hakimiyyətini bəyənmir, burada uzun illər qurub yaratdığı evini, kökünü, həyatını atıb getsin işğal olunmayan ərazidə yaşasın. Həyasızcasına, orta əsrlər üslubunda, açıq şəkildə beynəlxalq hüquqa, ədalətə, bəşəri prinsiplərə meydan oxumağın bundan artığı ola bilərmi?

Ən acınacaqlısı da odur ki, Donald Tramp başda olmaqla, bir çox dünya liderləri bu cür azğınlaşmış, bütün hüquq və normaları, insanlığı ayaqlar altına atmış, dünyanı nüvə silahı ilə açıq təhid edən, ağır hərbi cinayətlər törədən birisini yerinə oturtmaq əvəzinə, təmtəraqla qarşılayır, qucaqlayır, əlini sıxır, üzünə gülürlər. Görünür, özləri də daxilən ondan az fərqləndikləri üçün…

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri