Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ANS teleradio şirkətinin keçmiş prezidenti Vahid Mustafayevə məxsus, bahalı qol saatlarının satıldığı “VMF Continental” mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bonun məhkəməsi yekunlaşıb.
Aprelin 21-də onlara hökm oxunub.Bizimyol.info xəbər verir ki, Çin vətəndaşları 1977-ci il təvəllüdlü Zhang Guomin və Liu Bonun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə keçirilən məhkəmə prosesində ifadə verən əcnəbi təqsirləndirilənlər özlərini təqsirli bildiklərini deyiblər.Hadisə oktyabrın 9-da, saat 17.00 radələrində Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən“VMF Continental” mağazasında baş verib.
Müştəri qismində mağazaya gələn iki nəfər əcnəbi satıcıdan “BREGUET Tourbillion” markalı qol saatını vitrindən çıxarmasını istəyib.
Satıcı da onları müştəri zənn edərək, saatı təqdim edib. Zhang saatın şəklini çəkib.
Bu zaman Liu Bo satıcının diqqətini yayındırmaq məqsədilə ondan başqa saatı göstərməsini xahiş edib.
Həmin vaxt Zhang Guomin saatı oğurlayıb.Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla) maddəsilə ittiham irəli sürülüb.Məhkəmədə ifadə verən satıcı İradə Bayramova bildirib ki, oğurluğun baş verməsindən təxminən 10 dəqiqə sonra xəbər tutub.