Icma.az
close
up
RU
ANS in keçmiş prezidentinin mağazasından 80 minlik saat oğurlayanlar məhkəmədə ağladı: “Bilmirdik belə bahalı saatdır...”

ANS in keçmiş prezidentinin mağazasından 80 minlik saat oğurlayanlar məhkəmədə ağladı: “Bilmirdik belə bahalı saatdır...”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ANS teleradio şirkətinin keçmiş prezidenti Vahid Mustafayevə məxsus, bahalı qol saatlarının satıldığı “VMF Continental” mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bonun məhkəməsi yekunlaşıb. Aprelin 21-də onlara hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Çin vətəndaşları 1977-ci il təvəllüdlü Zhang Guomin və Liu Bonun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə keçirilən məhkəmə prosesində ifadə verən əcnəbi təqsirləndirilənlər özlərini təqsirli bildiklərini deyiblər.

Hadisə oktyabrın 9-da, saat 17.00 radələrində Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən“VMF Continental” mağazasında baş verib. Müştəri qismində mağazaya gələn iki nəfər əcnəbi satıcıdan “BREGUET Tourbillion” markalı qol saatını vitrindən çıxarmasını istəyib. Satıcı da onları müştəri zənn edərək, saatı təqdim edib. Zhang saatın şəklini çəkib. Bu zaman Liu Bo satıcının diqqətini yayındırmaq məqsədilə ondan başqa saatı göstərməsini xahiş edib. Həmin vaxt Zhang Guomin saatı oğurlayıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla) maddəsilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən satıcı İradə Bayramova bildirib ki, oğurluğun baş verməsindən təxminən 10 dəqiqə sonra xəbər tutub. Satıcının sözlərinə görə, “müştərilərin” məhz “Breguet” markalı saata baxmaq istəmələrini nəzərə alıb, onların saatlar haqda anlayışlı adamlar olduğunu düşünüb. Bundan başqa, Liu Bo hadisədən bir gün əvvəl də saata baxmağa gəlibmiş. Bu səbəbdən onların saat həvəskarı olduğunu düşünüb: “Üstlərindəki geyimlər, bahalı əşyalara görə imkanlı adam təsiri bağışlayırdılar”.

Təqsirləndirilən şəxslərdən Liu Bo ifadəsində bildirib ki, özünü təqsirli bilsə də, saatı o oğurlamayıb. Onun sözlərinə görə, saatı Zhang Guomin götürüb: “Mağazanın qarşısında da bu işin səhv olduğunu dedim”.

Təqsirləndirilən şəxslər ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Həmin vaxt saat da onların üstündə olub.

Zərərçəkmiş tərəf “VMF Continental”ın nümayəndəsi məhkəmədə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını deyib.

Prokuror onların 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Özləri isə son sözlərində ağlayıb, məhkəməyə yalvararaq, bağışlanmalarını xahiş ediblər. Onlar bildiriblər ki, götürdükləri saatın bu qədər bahalı olduğunu bilməyiblər. Artıq saat da qaytarılıb, əlavə kompensasiya da ödəməyə hazırdılar, məhkəmədən xahiş edirlər ki, onları bağışlasın və öz ölkələrinə qayıtmasına şərait yaradılsın.

Məhkəmə Zhang Guomin və Liu Bonun hər birinin 5 il azadlıqdan məhrum edilməsi, bu cəza müddəti bitəndən sonra Azərbaycandan çıxarılması barədə hökm verib.

VMF Şirkətinin Baş direktoru Aida Əliyeva hadisədən sonra yaydığı açıqlamada bildirib ki, saat “bu sahədə “ixtisaslaşmış” beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanıb”. Saatı oğurlamaqda şübhəli bilinənlər qısa müddətdə hava limanında saxlanılıb.

Aidə Əliyeva onu da qeyd edib ki, oğurlanan saatın qiyməti 80 min manat civarındadır.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri