Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4892 metr) fəth edən Azərbaycan a
İdmançı dünyanın ən soyuq yerlərdən birini seçməsinin səbəblərindən, yol boyu qarşılaşdığı çətinliklərdən danışıb.
O, növbəti arzularını da bölüşüb. - Əvvəlcə seçiminiz haqqında danışardınız.
Niyə məhz dünyanın ən soyuq bölgələrinin birində yerləşən zirvəni seçdiniz? Hava şəraiti sizi qorxutmadı?
- Vinson dağı "7 Zirvə" layihəsinə daxildir. Proqramda iştirak etmək arzum idi və bu yolda irəliləyirəm.
Əlbəttə, Antarktidadakı ən çətin amillərdən birinin hava şəraiti olduğunu bilirdim.
Burada hazırda yay olmasına və günəşin sutkada 24 saat batmamasına, yəni sadəcə dairə üzrə hərəkət etməsinə baxmayaraq, havanın temperaturu -25 dərəcədir.
Vinsonun zirvəsində isə temperatur -40 dərəcəyə qədər düşür və bütün bunlar soyuq küləklə daha da güclənir.