Icma.az bildirir, Bakupost portalına istinadən.
“Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” şirkətinin səhmləri rekord həcmdə ilkin kütləvi təklifdən (IPO) sonra ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, 107,3 milyard dollarlıq IPO-dan sonra şirkətin səhmləri “Nasdaq” birjasında ilk ticarət gününü 17 faiz bahalaşaraq 97,17 dollardan başa vurub. Lakin birja bağlandıqdan sonrakı əməliyyatlarda səhmlər təxminən 5 faiz ucuzlaşıb.
İlk ticarət gününün sonunda şirkətin tam seyrəldilmiş bazar dəyəri 1,8 trilyon dollara çatıb. IPO-ya tələb satışa çıxarılan səhmlərin həcmindən 7 dəfə çox olub.
Qeyd edək ki, “Anthropic”in IPO-su iyunda 75 milyard dollarlıq təkliflə rekord qıran “SpaceX”i geridə qoyub.
Vüsalə Hüseynova,
BakuPost