“Anthropic” səhmlərində kəskin eniş
Icma.az bildirir, Bakupost portalına istinadən.
“Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” şirkətinin səhmləri rekord həcmdə ilkin kütləvi təklifdən (IPO) sonra ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, 107,3 milyard dollarlıq IPO-dan sonra şirkətin səhmləri “Nasdaq” birjasında ilk ticarət gününü 17 faiz bahalaşaraq 97,17 dollardan başa vurub. Lakin birja bağlandıqdan sonrakı əməliyyatlarda səhmlər təxminən 5 faiz ucuzlaşıb.
İlk ticarət gününün sonunda şirkətin tam seyrəldilmiş bazar dəyəri 1,8 trilyon dollara çatıb. IPO-ya tələb satışa çıxarılan səhmlərin həcmindən 7 dəfə çox olub.
Qeyd edək ki, “Anthropic”in IPO-su iyunda 75 milyard dollarlıq təkliflə rekord qıran “SpaceX”i geridə qoyub.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:Blackstone Anthropic ə investisiyanı artırdı
11 Fevral 2026 09:54
“Anthropic” dizayn dünyasında inqilab edir
19 Aprel 2026 15:34
“Anthropic”dən nəhəng IPO planı
21 Avqust 2026 17:00
Anthropic və ChatGPT arasında rəqabət qızışır
03 Mart 2026 09:31
Anthropic şirkəti süni intellekt kontentini markalayacaq
12 Avqust 2026 12:32
Baxış sayı:87
Bu xəbər 20 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















