Anthropic şirkətinin səhmləri 83 dollarlıq IPO qiymətindən aşağı düşdü

24.11.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt şirkəti Anthropic-in səhmləri ilkin kütləvi təklif (IPO) zamanı müəyyən edilmiş 83 dollarlıq qiymətdən aşağı düşüb.

Banco.az xəbər verir ki, noyabrın 24-də Nyu-Yorkda bazar öncəsi ticarət zamanı səhmlərin qiyməti 7,3 faizədək ucuzlaşaraq 81,28 dollara enib. Bununla da şirkətin IPO-sundan sonra səhmlərini alan investorların əldə etdiyi qazanc azalıb.

Qeyd edək ki, səhmlər birja ticarətinin ilk günündə investorların yüksək marağı fonunda qısa müddətə 100 dolları ötüb.

Anthropic-in IPO-su böyük tələbatla qarşılanıb. Səhmlərə ümumilikdə 500 milyard dollardan çox sifariş daxil olub. Şirkət və onun yeddi təsisçi tərəfdaşı bu təklifdən 119,5 milyard dollar gəlir əldə edib.

Məlumata görə, IPO-da iştirak etmək istəyən institusional investorların yarıdan çoxu səhm əldə edə bilməyib. Təxminən 1 200 institusional investor sifariş verib, ayrılmış səhmlərin böyük hissəsi isə ABŞ investorlarına yönəldilib.

Şirkətin "Claude Code" kimi məhsullarının sürətlə yayılması və oktyabrın sonuna doğru 81 milyard dollarlıq gəlir göstəricisi investor marağını artıran əsas amillərdən olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью