Anthropic şirkətinin səhmləri 83 dollarlıq IPO qiymətindən aşağı düşdü
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt şirkəti Anthropic-in səhmləri ilkin kütləvi təklif (IPO) zamanı müəyyən edilmiş 83 dollarlıq qiymətdən aşağı düşüb.
Banco.az xəbər verir ki, noyabrın 24-də Nyu-Yorkda bazar öncəsi ticarət zamanı səhmlərin qiyməti 7,3 faizədək ucuzlaşaraq 81,28 dollara enib. Bununla da şirkətin IPO-sundan sonra səhmlərini alan investorların əldə etdiyi qazanc azalıb.
Qeyd edək ki, səhmlər birja ticarətinin ilk günündə investorların yüksək marağı fonunda qısa müddətə 100 dolları ötüb.
Anthropic-in IPO-su böyük tələbatla qarşılanıb. Səhmlərə ümumilikdə 500 milyard dollardan çox sifariş daxil olub. Şirkət və onun yeddi təsisçi tərəfdaşı bu təklifdən 119,5 milyard dollar gəlir əldə edib.
Məlumata görə, IPO-da iştirak etmək istəyən institusional investorların yarıdan çoxu səhm əldə edə bilməyib. Təxminən 1 200 institusional investor sifariş verib, ayrılmış səhmlərin böyük hissəsi isə ABŞ investorlarına yönəldilib.
Şirkətin "Claude Code" kimi məhsullarının sürətlə yayılması və oktyabrın sonuna doğru 81 milyard dollarlıq gəlir göstəricisi investor marağını artıran əsas amillərdən olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















