Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər Azərbaycanın düz işinə d…
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Almaniya Bundestaqının üzvü və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniya nüma
Bu günlərdə Frank Şvabe yenə Azərbaycana qarşı fikir yürüdüb.
Belə ki, Şvabe öz “X” sosial şəbəkəsində yazıb ki, “Əgər Azərbaycan aydın siqnal verməz və əhəmiyyətli sayda siyasi məhbusları azad etməzsə, Azərbaycanın yanvarda Avropa Şurası Parlament Assambleyasına qayıtmasını təsəvvür edə bilmirəm.” Yəni Şvabe öz təbirincə, Azərbaycana hədə-qorxu gəlməyə çalışır.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Frank Şvabe artıq 3 ildir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başçılıq edən şəxslərdən biridir: “Frank Şvabe Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı böhtanlar irəli sürən qrupun rəhbərlərindən biridir və bu da təsadüfi deyil.
Çünki Şvabe ermənilərin əlində oyuncağa çevrilib. Frank Şvabe obyektivlikdən uzaq bir siyasətçidir. Əgər siyasətçi demək mümkündürsə...
Ermənilər onu necə təlimatlandırırsa, o cür də çıxış edir. Sözün əsl mənasında, ermənidən daha çox ermənilik edir.
Ermənilər bizimlə sülh müqaviləsi bağlamaq və xalq olaraq barışmaq istəyir, kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparır, yaxınlaşmaq istəyirlər.
Frank Şvabe kimi ara qatanlar və qara yaxanlar istəmirlər ki, sülh müqaviləsi bağlansın və Ermənistanla Azərbaycan arasında normal münasibətlər yaransın”-deyən politoloq bildirib ki, Frank Şvabeni Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması düşündürmür.
Tam oxu
Xəbəri oxu