Icma.az
close
up
RU
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər Azərbaycanın düz işinə də əyri baxırlar

Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər Azərbaycanın düz işinə də əyri baxırlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Almaniya Bundestaqının üzvü və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin antiazərbaycan davranışlarnı sərgiləməkdə davam edir. Bu günlərdə Frank Şvabe yenə Azərbaycana qarşı fikir yürüdüb. Belə ki, Şvabe öz “X” sosial şəbəkəsində yazıb ki, “Əgər Azərbaycan aydın siqnal verməz və əhəmiyyətli sayda siyasi məhbusları azad etməzsə, Azərbaycanın yanvarda Avropa Şurası Parlament Assambleyasına qayıtmasını təsəvvür edə bilmirəm.” Yəni Şvabe öz təbirincə, Azərbaycana hədə-qorxu gəlməyə çalışır.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Frank Şvabe artıq 3 ildir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başçılıq edən şəxslərdən biridir: “Frank Şvabe Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı böhtanlar irəli sürən qrupun rəhbərlərindən biridir və bu da təsadüfi deyil. Çünki Şvabe ermənilərin əlində oyuncağa çevrilib. Frank Şvabe obyektivlikdən uzaq bir siyasətçidir. Əgər siyasətçi demək mümkündürsə... Ermənilər onu necə təlimatlandırırsa, o cür də çıxış edir. Sözün əsl mənasında, ermənidən daha çox ermənilik edir. Ermənilər bizimlə sülh müqaviləsi bağlamaq və xalq olaraq barışmaq istəyir, kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparır, yaxınlaşmaq istəyirlər. Frank Şvabe kimi ara qatanlar və qara yaxanlar istəmirlər ki, sülh müqaviləsi bağlansın və Ermənistanla Azərbaycan arasında normal münasibətlər yaransın”-deyən politoloq bildirib ki, Frank Şvabeni Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması düşündürmür.

Politoloq hesab edir ki, belə bir vəziyyətdə Azərbaycana qarşı qarayaxma edənlərin arasına bizim deputatların getməsi məqsədəuyğun deyil.

“Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası bir xristian klubudur. Onlar daim müsəlmanlara qarşı olub, antiazərbaycan və antitürk ritorikası ilə daim çıxış ediblər. Onlar bizi istəmirlər. Düz işimizə də əyri baxırlar.

Frank Şvabe COP29 başlamamışdan qabaq bu konfransın boykotuna çalışdı, boykot olmasını istədi. Təbii ki, Frank Şvabe kimlərin istəyi ilə siyasi məsələlər həll olunmur. Dünyanın 198 ölkəsi COP29-un Azərbaycanda keçirilməsinə səs verib. 72 min əcnəbi Azərbaycana gələrək COP29-daa iştirak etdi. COP29-un yüksək səviyyədə təşkil olunmasına görə dünya liderlərinin böyük əksəriyyəti Azərbaycana təşəkkürünü bildirdi. Hətta müqayisə edirlər. Keçən il Dubayda keçirilən COP28-dən daha yaxşı keçirildiyini qeyd edirlər”-deyən politoloq hesab edir ki, Frank Şvabenin sərgilədiyi davranışlardan da bəllidir ki, Azərbaycanı öz əlaltılarına çevirmək və Azərbaycanı Ermənistan kimi "oyuncaq" bir ölkə etmək istəyirlər.

Politoloq deyir ki, Azərbaycan müstəqil ölkədir. Azərbaycanın dövlət və xalq maraqlarını nəzərə alan müstəqil siyasəti var: “Biz bu yoldan çəkiləsi, Frank Şvabe və Emmanuel Makron kimi siyasi fiqurların təsirinə düşəsi deyilik. Biz Avropa Şurası Parlament Assambleyasına qayıtmağa can da atmırıq. Bizim artıq özümüzün Türk Dövlətləri Təşkilatı var və bu təşkilatlarda işlər çox aktiv sürətdə gedir. Yaxın zamanlarda bu daha güclü bir quruma çevriləcək və bunu buna görə də həm qərbdə, həm də digər yerlərdə Türk Dövlətləri Birliyinin güclənməsini qısqananlar daha çoxdur. Frank Şvabe və onun kimi siyasətçilər, necə deyərlər, “yala hürən itlərdir”. Onların yalını bol etdikləri üçün son 3 ildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Ancaq bütün bunlar əbəsdir. İt nə qədər hürsə də, karvan öz yoluna davam edir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri