Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mütəxəssislər bildirirlər ki, bu dərmanların təyinatı zamanı ehtiyatlı davranmaq lazımdır Sağlamlıqla bağlı problemlər yarandığında xəstələr ağrıkəsicilərdən, həkimlər isə antibiotiklərdən istifadəyə meyilli olurlar.
Qısa zaman üçün ağrılardan xilas edən ağrıkəsici və antibiotiklər isə bəzən sağlamlıq üçün təhlükələrə də yol açır.
Bu sırada isə antibiotiklərdən zəhərlənmə halları daha çox üstünlük təşkil edir.Müsahibim Turanə Əhmədova da antibiotikin əks təsirindən zərər görüb.
O deyir ki, həkimin ona tabletka formasında təyin etdiyi antibiotik bir neçə saat sonra əks təsir göstərib: “Müalicə müddətində mənə bir çox növlərdən antibiotiklər təyin edildi və heç birində əks reaksiya olmadı.
Müalicəmin bitdiyi müddətdən iki ay sonra əvvəl qəbul etdiyim antibiotiki həkimim yenə təyin etdi.
Dərmanı içdikdən 2-3 saat sonra yüngülvari qızdırmam qalxdı və üzüm səpdi, dodağımda yara əmələ gəldi.
Həkim bildirdi ki, bu antibiotik sənin orqanizminə uyğundur, əks təsir etməsi ancaq dərman saxta olduğu halda mümkündür.