Icma.az
close
up
RU
Antibiotik və ağrıkəsicilərə laqeyd yanaşmaq olmaz

Antibiotik və ağrıkəsicilərə laqeyd yanaşmaq olmaz

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislər bildirirlər ki, bu dərmanların təyinatı zamanı ehtiyatlı davranmaq lazımdır

Sağlamlıqla bağlı problemlər yarandığında xəstələr ağrıkəsicilərdən, həkimlər isə antibiotiklərdən istifadəyə meyilli olurlar. Qısa zaman üçün ağrılardan xilas edən ağrıkəsici və antibiotiklər isə bəzən sağlamlıq üçün təhlükələrə də yol açır. Bu sırada isə antibiotiklərdən zəhərlənmə halları daha çox üstünlük təşkil edir.
Müsahibim Turanə Əhmədova da antibiotikin əks təsirindən zərər görüb. O deyir ki, həkimin ona tabletka formasında təyin etdiyi antibiotik bir neçə saat sonra əks təsir göstərib: “Müalicə müddətində mənə bir çox növlərdən antibiotiklər təyin edildi və heç birində əks reaksiya olmadı. Müalicəmin bitdiyi müddətdən iki ay sonra əvvəl qəbul etdiyim antibiotiki həkimim yenə təyin etdi. Dərmanı içdikdən 2-3 saat sonra yüngülvari qızdırmam qalxdı və üzüm səpdi, dodağımda yara əmələ gəldi. Həkim bildirdi ki, bu antibiotik sənin orqanizminə uyğundur, əks təsir etməsi ancaq dərman saxta olduğu halda mümkündür. Aptek isə dərmanın saxta olmadığını dedi”.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, ötən ay ərzində 16 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib. O bu zəhərlənmələrin daha çox antibiotik və sakitləşdirici dərmanların təsirindən baş verdiyini qeyd edib. Tibbi ekspert, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, dərman zəhərlənmələri müxtəlif yöndə baş verə bilir: “Dərman və dərman əlavəsinin keyfiyyətsizliyi, onun müxtəlif ağır metal duzlarından, bəzi orqanizmə zərər verən bilən maddələrdən ibarət olması kimi və s. faktorlar dərman zəhərlənməsinə gətirib çıxara bilər. Bir də dərmanın normadan artıq qəbul olunması zamanı zəhərlənmə baş verə bilər. Bunlar ayrı-ayrı situasiyalardır və hər bir zəhərlənmə halının öz dəyərləndirilməsi, yanaşması, müalicəsi var”.
Azərbaycan dərman bazarında ciddi bir vəziyyətin hökm sürdüyünü deyən ekspert bildirdi ki, bu istiqamətdə müəyyən addımlar atılmasına ehtiyac var: “Artıq dərman bazarında olan problem dövlət rəhbərliyini də narahat edir. Səhiyyə Nazirliyi bununla bağlı müvafiq açıqlamalar verib. Hesab edirəm ki, müəyyən qərarlar qəbul olunacaq. Azərbaycan ərazisinə idxalına icazə verilən dərmanlar Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatda olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının tanımadığı, qeydiyyata salmadığı, keyfiyyətləri haqqında birmənalı məlumat olmayan dərmanların Azərbaycana idxalına yol vermək olmaz. Çünki dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”.
A.Qeybullanın sözlərinə görə, antibiotikləri necə gəldi istifadə etmək olmaz. Bu dərmanların təyinatı konkret hədəf üçün olmalıdır: “Antibiotik ancaq konkret olaraq infeksiya tərəfindən törədilmiş iltihabi prosesə aiddir. Əgər problem iltihabi mənşəlidirsə, o zaman antibiotikdən istifadə olunur. Dünyanın heç yerində antibiotiklərdən sağa-sola istifadə edilmir. Yalnız mikroba qarşı həssaslığı olan antibiotik təyin olunmalıdır ki, bu effekt versin. Keçmiş Sovetlər Birliyində antibiotiklərin çox istifadə olunması, geniş təsir spektrinə malik antibiotiklərin sağa-sola istifadə olunması bu dərmanların vaxtından əvvəl sıradan çıxmasına, ona qarşı həssaslığın yaranmasına gətirib çıxarıb ki, bu gün yeni-yeni antibiotik nəsilləri ortaya çıxır. Antibiotikin təyinatı konkret hədəf üçün olmalıdır. Yəni mikroba qarşı. Yoxsa başqa hər hansı halda antibiotikə ehtiyac yoxdur”.
Antibiotik təyin edərkən həkimin iynədən öncə sınaq etməsi haqda danışan ekspert deyir ki, bu yoxlama xəstəni heç də antibiotikin əks təsirindın sığortalamır: “Antibiotiklər və başqa maddələr üçün iynə vurulmamışdan öncə sınaq edilməsi dünyanın heç yerində qəbul olunmayıb. O, sovet dövründən qalma bir tendensiya idi və təcrübə göstərir ki, bu cür sınaqlar özünü doğrultmur. Allergik problemi olan insanlara müxtəlif dərmanlar vurulan zaman antiallergik fon yaradılmalıdır. Yəni dərmanın verəcəyi kəskin reaksiyanın qarşısını almaq üçün öncədən müxtəlif dərman vasitələrindən istifadə edilir. Sonra antibiotik bədənə vurulur. Çünki dərmana allergiyası olan xəstə antibiotikin az dozasından belə şoka düşə bilər. Türkiyədə antibiotiklər üçün təyin edilən sınaqdan istifadə edilmir. Ümumiyyətlə, dərman maddələrinə qarşı hər hansı allergiyası olan şəxs müvafiq tədbirdən sonra dərman preparatı qəbul edə bilər. Bu zaman xəstənin analizi götürülür, müəyyən vacib məqamlar soruşulur. Daha sonra dərman preparatı təyin edilir”.
Dərmanın saxta olması zamanı zəhərlənmə baş verməsinə gəlincə, A.Qeybulla bunları söylədi: “Saxta dərman fikri bir az mücərrəd anlayışdır. Dərman tərkibində əsas təsiredici maddələr və dərman əlavəsi olur. Dərmanı saxlamaq, konservasiya etmək, ona dad, struktur, forma vermək, bəzi acı dərmanların üzərini kapsula ilə örtmək və s. dərman əlavələridir. Keyfiyyətsiz dərmanlar texniki standartlarla hazırlanmayanlardır. Keyfiyyətsiz dərmanlardan zəhərlənmə də standartalara riayət edilmədiyi hallarda ola bilər”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, həkim nəzarəti olmadan ən çox antibiotiklər və ağrıkəsicilərdən istifadə edilir və ən çox zəhərlənmələr də elə bu dərmanlardan olur: “Əgər ağrıkəsicilərdən zəhərlənmə baş verirsə, ürəkbulanma, başgicəllənmə, halsızlıq, qusmaya, ondan sonra bağırsağın işləməsinə gətirib çıxarır. Həmçinin də antibiotiklər. Antibiotiklərdən həm zəhərlənmə ola bilər, həm də allergik reaksiya. Zəhərlənmə zamanı mədə nahiyəsində kəskin ağrılar baş verir, bu ağrılardan sonra ürəkbulanma, halsızlıq, qusma baş verir”.
Həkimin sözlərinə görə, hansısa dərmandan zəhərlənmə halı baş veribsə, ilk növbədə xəstənin mədəsini yumaq lazımdır. Adi su içib qaytarmaq lazımdır ki, mədə yuyulsun. Daha sonra həkimə müraciət edilməli, sistemlər təyin edib dərmanı qandan da yumaq lazımdır.
M.Abbasova deyir ki, hər bir insanın müəyyən antibiotik növünə qarşı həssaslığı ola bilər. Həkim onu da bildirdi ki, antibiotik iynə olaraq bədənə yeridiləndən öncə sınaq edilməsi normal haldır: “Sınaq üçün vurulan iynənin yerində müəyyən qədər qızartı olduqda orqanizmin həmin antibiotikə qarşı allergik reaksiyası üzə çıxır. Antibiotiki sınaqsız, bir dəfəyə bədənə yeritmək böyük risk tələb edir”.
Həkim sonda onu da bildirdi ki, tabletka formasında olan antibiotiklər xəstəyə şok təsiri vermir: “Tabletka formasında olan antibiotiklər sintetik yolla əldə edilir. Onların təsiri bir qədər gec olur. O dərmanlar şokvermə qabiliyyətinə malik deyillər. Müəyyən qədər səpki verə bilər ki, bundan sonra dərmanın qəbulunu dayandırmaq lazımdır. Amma iynə formasında antibiotiklərə daha həssas yanaşmaq lazımdır. Çünki onun şokvermə ehtimalı daha çoxdur”.

Kaspi.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri