Antiterror əməliyyatı regionda sülh gündəliyini gücləndirdi POLİTOLOQ ŞƏRH ETDİ | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı təkcə hərbi-strateji qələbə deyildi, həm də dövlət suverenliyinin tam bərpası kimi tarixə düşdü.
Əməliyyatla Qarabağda qondarma separatçı qurumun hərbi-siyasi varlığına son qoyuldu.
Azərbaycan beynəlxalq hüququn tələbini yerinə yetirərək öz ərazisində legitim hakimiyyətini bərpa etdi.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu, həm də 30 ilə yaxın davam edən separatizm siyasətinə verilən qəti və son cavab idi: “Əməliyyatdan sonra bölgədə inzibati idarəetmə tamamilə dəyişdi.
Qondarma “müdafiə ordusu” və separatçı strukturlar ləğv edildi.
Xankəndidə, Xocalıda, Əskəranda və Ağdərədə Azərbaycan dövlət qurumları yerləşdirildi.
Dövlət qurumları bölgədə sosial xidmətləri bərpa etməyə başladı.
Tam oxu
Xəbəri oxu