Icma.az
close
up
RU
Antiterror əməliyyatı regionda sülh gündəliyini gücləndirdi POLİTOLOQ ŞƏRH ETDİ

Antiterror əməliyyatı regionda sülh gündəliyini gücləndirdi POLİTOLOQ ŞƏRH ETDİ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı təkcə hərbi-strateji qələbə deyildi, həm də dövlət suverenliyinin tam bərpası kimi tarixə düşdü. Əməliyyatla Qarabağda qondarma separatçı qurumun hərbi-siyasi varlığına son qoyuldu. Azərbaycan beynəlxalq hüququn tələbini yerinə yetirərək öz ərazisində legitim hakimiyyətini bərpa etdi. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu, həm də 30 ilə yaxın davam edən separatizm siyasətinə verilən qəti və son cavab idi: “Əməliyyatdan sonra bölgədə inzibati idarəetmə tamamilə dəyişdi. Qondarma “müdafiə ordusu” və separatçı strukturlar ləğv edildi. Xankəndidə, Xocalıda, Əskəranda və Ağdərədə Azərbaycan dövlət qurumları yerləşdirildi. Dövlət qurumları bölgədə sosial xidmətləri bərpa etməyə başladı. Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər strukturlar bölgədə nəzarəti təmin etdi. Siyasi baxımdan isə Ermənistanın Qarabağda hər hansı təsir imkanları sıfırlandı. Bu proses Ermənistanın illərdir apardığı “müstəqil qurum” oyununun sonunu gətirdi. Azərbaycanın daxili idarəçiliyi tam möhkəmləndi. Prezidentin xüsusi nümayəndəliyi institutlaşaraq bölgənin sosial-iqtisadi inkişafını koordinasiya etməyə başladı. İnzibati quruculuqla yanaşı yenidənqurma və infrastruktur layihələri gündəmə gəldi. Əməliyyat Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirdi. Dünya birliyi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə yeri qoymadı. Xankəndidə dövlət bayrağının qaldırılması tarixi an oldu. Bu, həm də psixoloji üstünlüyün bərpası demək idi”.Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, keçmiş məcbur köçkünlərin öz torpaqlarına qayıdışı istiqamətində yeni mərhələ açıldı: “Azərbaycan vətəndaşı anlayışı bölgədə praktiki olaraq bərqərar oldu. İnteqrasiya prosesi üçün təhsil, səhiyyə və sosial xidmətlər şəbəkəsi qurulmağa başladı. Əməliyyat, həmçinin, regionda sülh gündəliyini gücləndirdi. Ermənistan artıq Qarabağ mövzusu üzərindən Azərbaycana təzyiq imkanını itirdi. Bu da sülh müqaviləsi danışıqlarına müsbət təsir göstərdi. Bütün bunlar göstərir ki, antiterror əməliyyatı sadəcə hərbi qələbə deyildi. O, həm də Azərbaycan dövlətçiliyinin tam, real və hüquqi bərpası idi”.

Müəllif: Arzu Qurbanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri