Antoni üçün 3 yol: İtaliya, İngiltərə, İspaniya

21.06.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted"in cinah oyunçusu Antoninin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Komo" 25 yaşlı braziliyalını transfer etməyə çalışıb.

Bununla belə, Antoni 2024/2025 mövsümünün ikinci hissəsində icarə əsasında çıxış etdiyi “Betis”ə qayıtmağa üstünlük verir. “Mançester Yunayted” də Antoninin növbəti mövsümdə “Betis”də qalmaq istəyindən xəbərdardır, lakin klublar hələlik razılığa gələ bilməyib.

La Liqa klubunun rəhbəri daha əvvəl “ağ-yaşıllar”ın Antonini yenidən icarəyə götürmək istədiyini bildirmişdi. Çünki klubun maliyyə problemlərinə görə futbolçunu almaq imkanı yoxdur.

“Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində Yamaykalı futbolçu daha 2 il “Tottenhem”də - RƏSMİ Macarıstan millisinin üzvü “Liverpul”da Amorim üçün xəbərdarlıq: “Yeni ilə qədər komandadan qovulacaq” Mak Allisterə sevgili şoku: “İki ilimi aldı, indi ödəsin”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью