Antoni üçün 3 yol: İtaliya, İngiltərə, İspaniya
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Yunayted"in cinah oyunçusu Antoninin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Komo" 25 yaşlı braziliyalını transfer etməyə çalışıb.
Bununla belə, Antoni 2024/2025 mövsümünün ikinci hissəsində icarə əsasında çıxış etdiyi “Betis”ə qayıtmağa üstünlük verir. “Mançester Yunayted” də Antoninin növbəti mövsümdə “Betis”də qalmaq istəyindən xəbərdardır, lakin klublar hələlik razılığa gələ bilməyib.
La Liqa klubunun rəhbəri daha əvvəl “ağ-yaşıllar”ın Antonini yenidən icarəyə götürmək istədiyini bildirmişdi. Çünki klubun maliyyə problemlərinə görə futbolçunu almaq imkanı yoxdur.

Antoni İspaniya yolunda
20 Yanvar 2025 18:24
Antoni İspaniya klubunda rəsmi
25 Yanvar 2025 23:27
İspaniya millisinin ulduzu İngiltərə yolunda
29 Mart 2025 12:10
İspaniya millisinin üzvü İngiltərə yolunda
05 Mart 2025 00:30
Kiyevdə ABŞ, İspaniya və İtaliya səfirlikləri ziyarətçilər üçün bağlanıb
20 Noyabr 2024 13:55

