Apple Music Aİ mahnıları ilə bağlı qərar

25.08.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Apple Music” platforması süni intellektin köməyi ilə hazırlanan mahnıların xüsusi etiketlə işarələnməsi ilə bağlı yenilik tətbiq edəcək.

Axşam.az xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.

Bildirilir ki, “Apple Music” bu il treklərə “Süni intellektlə hazırlanıb” (“Made with AI”) etiketi əlavə etməyə başlayacaq. Yeniliyin dəqiq nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb.

Trekin əhəmiyyətli hissəsinin neyroşəbəkələrin köməyi ilə yaradıldığı barədə distribyutor və ya səsyazma şirkəti platformaya məlumat verərsə, həmin mahnı xüsusi nişanla işarələnəcək.

“Apple Music”in vitse-prezidenti Oliver Şusser daha əvvəl bildirib ki, platformaya hər ay yüklənən yeni mahnıların üçdə birindən çoxu tamamilə süni intellekt vasitəsilə yaradılır. Buna baxmayaraq, həmin treklərin real dinlənmələrin ümumi həcmində payı cəmi 0,5 faiz təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью