Apple Music Aİ mahnıları ilə bağlı qərar
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Apple Music” platforması süni intellektin köməyi ilə hazırlanan mahnıların xüsusi etiketlə işarələnməsi ilə bağlı yenilik tətbiq edəcək.
Axşam.az xəbər verir ki, bu barədə “Billboard” məlumat yayıb.
Bildirilir ki, “Apple Music” bu il treklərə “Süni intellektlə hazırlanıb” (“Made with AI”) etiketi əlavə etməyə başlayacaq. Yeniliyin dəqiq nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb.
Trekin əhəmiyyətli hissəsinin neyroşəbəkələrin köməyi ilə yaradıldığı barədə distribyutor və ya səsyazma şirkəti platformaya məlumat verərsə, həmin mahnı xüsusi nişanla işarələnəcək.
“Apple Music”in vitse-prezidenti Oliver Şusser daha əvvəl bildirib ki, platformaya hər ay yüklənən yeni mahnıların üçdə birindən çoxu tamamilə süni intellekt vasitəsilə yaradılır. Buna baxmayaraq, həmin treklərin real dinlənmələrin ümumi həcmində payı cəmi 0,5 faiz təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Avqust 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















