Apple ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 8 % ni itirib

02.02.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 28,77 % təşkil edib.

"Statcounter" agentliyinin  məlumatına  görə, bu, dekabr ayına nisbətən 3,57 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 0,61 faiz bəndi azdır.

Növbəti sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,66 faiz bəndi artaraq və illik müqayisədə 2,85 faiz bəndi azalaraq 21,56 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,87 faiz bəndi azalaraq və illik müqayisədə 2,01 faiz bəndi artaraq 20,87 % olub. Beləliklə şirkətin bazar payı aylıq ifadədə 8 % azalıb.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 3,47 faiz bəndi azalaraq, illik müqayisədə isə 3,39 faiz bəndi artaraq 19,48 % təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью